Alimlərdən təəccübləndirən kəşf: Ulduzunun əksinə hərəkət edən planet aşkarlandı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astronomlar ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət edən qeyri-adi planet aşkar ediblər.
Lent.az xəbər verir ki, GJ 3090 b adlanan planet kiçik Neptun ölçüsündədir və nisbətən kiçik, soyuq ulduzun ətrafında dövr edir. Alimlərin məlumatına görə, planetin orbiti retroqrad, yəni ulduzun fırlanmasının əks istiqamətindədir.
Alimlər bildirirlər ki, planetlərin adətən ulduzları ilə eyni istiqamətdə hərəkət etdiyi nəzərə alınsa, bu kəşf onların necə formalaşması ilə bağlı mövcud nəzəriyyələr üçün maraqlı suallar yaradır.
Tədqiqatçılar hesab edirlər ki, belə qeyri-adi orbit güclü qravitasiya təsirləri nəticəsində yarana bilər. Lakin GJ 3090 sistemində planetin orbitini bu istiqamətə dəyişə biləcək böyük bir cismin aşkar edilməməsi kəşfi daha da maraqlı edir.
Baxış sayı:101
Bu xəbər 29 Sentyabr 2026 03:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















