Icma.az
close
up
RU
Aviasiya eksperti: Təyyarəni dənizə düşürmək ağılsızlıq olardı

Aviasiya eksperti: Təyyarəni dənizə düşürmək ağılsızlıq olardı

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

"Quş sürüsü toqquşma zamanı təyyarənin quyruğunu zədələyə bilər".
Teleqraf.com xəbər verir ki, bunu aviasiya eksperti Vadim Lukaşeviç deyib.
"Quş sürüsü təyyarənin hava girişinə daxil olmaqla yanaşı, onun quyruğunu zədələyə bilər. Bu da təyyarənin gövdəsi, qanadları və stabilizatoruna təsir göstərir. Aktaudakı qəzada təyyarənin yerə düşmədən öncə idarəetməsində çox böyük problemləri olub. Qəzadan öncə təyyarə gah hündürə qalxır, gah da suya yaxın uçmağa başlayır. Sonradan pilotlar güclə təyyarəyə hündürlük qazandırmağı bacarıb. Bu, pilotların sona qədər döyüşdüyünü deməyə əsas verir. Daha çox hündürlük və vaxt olsaydı, bəlkə də hər şey fərqli olardı" - ekspert qəza barədə bildirib.
Ekspert əlavə edib ki, təyyarə eniş anında artıq yerə paralel idi:

"Ancaq sürət yüksək olduğundan təyyarə yerə dəydi və quyruq hissəsi qopdu. Bu da təyyarənin arxa hissəsində oturanları xilas etdi. Ümumiyyətlə, quyruq təyyarədə ən təhlükəsiz yerdir. Fəlakətlər zamanı quyruq hissəsi daha az əzilir və ya sadəcə qopur.
V. Lukaşeviç pilotların təyyarəni niyə dənizə aparmadığını da deyib:
"Təyyarəni dənizə düşürmək ağılsızlıq olardı, çünki su daha təhlükəlidir. Bu vəziyyətdə tarlaya eniş ən təhlükəsiz variant idi. Təyyarədəki sərnişinlərin bəxti gətirmədi ki, Bakıdan Qroznıya uçmaq üçün Xəzər dənizinin qərb sahili boyunca düz xətt üzrə getmək lazımdır. Bu zaman təyyarə dumanlı və ya tamamilə buludlu havaya düşüb. Buna görə də pilotlar Xəzər dənizinin o tayına getmək barədə qərar qəbul edib" - Lukaşeviç izah edib.
Təyyarədəki oksigen balonunun partlaması ilə bağlı iddialara gəlincə, Lukaşeviç bu iddianın səhv olduğunu bildirib:

"Qəza zamanı maskalar özü avtomatik açılır və sərnişinləri 5-10 dəqiqə davam edəcək oksigenlə təmin edir" - mütəxəssis açıqlayıb.
Ekspert sonda məhkəmə ekspertlərinin tapılan bütün qalıqları və uçuş qeydlərini təhlil etməli olacaqlarını deyib. Bundan sonra faciənin əsl səbəblərini öyrənmək mümkün olacağını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 25 Dekabr 2024 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri