Bakı metrosu ilə bağlı inanılmaz yenilik gözlənilir Konkret ərazilər
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı metrosunun genişləndirilməsi üçün İstanbul metrosundan 586 500 manat dəyərində məsləhət alınacağı xəbəri müzakirə yaradıb. Bildirilir ki, “Bakı Metropoliteni” QSC 60, İstanbul metrosu ilə 36 illik təcrübəyə malikdir. Belə məqamda daha az tarixi olan İstanbul metrosunun təcrübəsindən yararlanmaq birmənalı qarşılanmır.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı təcrübə mübadiləsinin pulsuz başa gəlmədiyini bildirib:
“İndiki halda İstanbul metrosunun istismar müddəti qısa olsa da, geniş şəbəkəsi və metrobus sisteminin olduğunu görürük. Metro yalnız yerin altında hərəkət etmir, həm də bəzi yerlərdə üzərindən keçir. Bunun üçün xüsusi texnologiyalar mövcuddur və bu bilikləri öyrənmək faydalıdır. Təcrübənin bölüşdürülməsi faydalıdır. Yeni layihələr üçün eskizlər təqdim oluna, zəruri məlumatlar paylaşıla bilər. Türkiyənin bilik və bacarığını pulsuz vermək istəməməsi də təbiidir”.
Elməddin Muradlı
Ekspert qonşu ölkənin bu sahədə çox böyük işlər gördüyünü xatırladıb:
“Tunellərin qazılması, yeraltı qrunt sularının idarə edilməsi, metroda sərinlik və havalandırma sistemlərinin təbii yollarla təmin olunması və digər vacib məsələləri vurğulamaq olar. Bakıda da vəziyyət oxşardır. Bütün metro xəttini yerin altından keçirmək mümkün deyil. Bəzi stansiyalar üçün hətta yerüstü xətt də mümkündür. Xüsusən Qaradağ və Abşeron əraziləri, Binəqədi kimi bəzi zonalarda da bu, ola bilər. Vaxtında plan düzgün qurulsaydı, iş daha asan olardı.
Amma bir sıra bələdiyyə və icra hakimiyyəti orqanları torpaqları elə formada satıb ki, yerüstü xətt salmaq mümkünsüzdür və yalnız yeraltı tunellərə müraciət etməli oluruq. Onların qazıntısı zamanı səssizlik məsələsi vacibdir. Çünki Bakıda xəstəxana, yaşayış zonası, fərdi evlər və digər obyektlər mövcuddur. Bu səbəbdən proses müddətində səs və digər təsirlərin tənzimlənməsi zəruridir. Bunun üçün də hansısa bir ölkənin zəngin təcrübəsindən istifadə etmək labüddür”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 18 Noyabr 2025 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















