Litva hava yolu ilə qaçaqmalçılıqla mübarizə üzrə qrupun formalaşdırılması üçün NATO ya müraciət edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Rəsmi Vilnüs Litvaya gələrək hava yolu ilə qaçaqmalçılıqla bağlı vəziyyəti qiymətləndirməsi və onunla mübarizəyə dair tövsiyələr verməsi üçün ekspertlər qrupunun formalaşdırılması xahişi ilə Şimali Atlantika Alyansına müraciət edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu LRT milli radiosunun efirində Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deyvidas Matulyonis bildirib.
Onun sözlərinə görə, Belarus ərazisindən buraxılan və siqaret qaçaqmalçılığı üçün istifadə olunan meteoroloji zondların uçuşları mülki aviasiyanın təhlükəsizliyinə təhdid yaradır və hava limanlarının fəaliyyətinin dayandırılmasına səbəb olur. Bəzən bu zondlar pilotsuz uçuş aparatları ilə müqayisədə daha ciddi problemə çevrilir. “Ekspertlərdən əlavə tövsiyələr alacağımıza ümid edirik”, – deyə Matulyonis əlavə edib.
Hava yolu ilə qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində Litva oktyabrın 29-da Belarusla avtomobil sərhədini bir aylıq bağlayıb. Litvanın İqtisadiyyat və İnnovasiya Nazirliyi ölkənin hava sərhədlərini pozan şarlarla mübarizə üçün ən effektiv üsulu təklif edib hazırlayacaq şəxslərə 1 milyon avro məbləğində mükafat müəyyən edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 18 Noyabr 2025 04:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















