Icma.az
close
up
RU
Aviasiya sahəsində tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşir

Aviasiya sahəsində tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Aviasiya sahəsində tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimələnəcək.

Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək. Eyni zamanda layihəyə əsasən, təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimələnəcək.

Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə ediləcək.

Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə altı yüz manat məbləğində cərimə tətbiq olunacaq.

Həmçinin layihəyə əsasən, heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə üç min manat məbləğində cərimə ediləcək.

Layihəyə əsasən, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimələnəcək.

Eyni zamanda layihəyə əsasən, aviasiya personalına dair tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər otuz min manat məbləğində cərimə olunacaq.

Layihəyə görə, pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etmə istisna olmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə ediləcək.

Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə isə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Mülki aviasiya sahəsində sertifikatlaşdırılma ilə bağlı tələblərə əməl edilməməsinə görə də yeni cərimələr müəyyənləşir. Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsinin sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilməsinə görə vəzifəli şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək.

Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə isə fiziki şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.

Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə isə cərimələr artırılır. Layihəyə əsasən, bu inzibati xətaya görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, həmin inzibati xətaya görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə də cərimələr artırılır. Qeyd olunan inzibati xətaya görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən isə, həmin inzibati xətaya görə vəzifəli şəxslər min manat məbləğində cərimələnir.

Həmçinin layihəyə əsasən, hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair "bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə olunacaq.

Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir. Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində cərimə tətbiq olunacaq.

Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə cərimənin məbləği yüz manatdan beş yüz manata qaldırılır.

Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə də cərimənin məbləği yüz manatdan beş yüz manata yüksəldilir.

Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə isə iki yüz manat deyil, beş yüz manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see347

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see219

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see131

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri