Icma.az
close
up
RU
Avqustun sonu qonşu ölkədə müharibə ola bilər

Avqustun sonu qonşu ölkədə müharibə ola bilər

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə - İsrail və İran arasında illərdir davam edən siyasi və hərbi qarşıdurma yenidən isti fazaya keçməyə başlayıb.

Atəşkəsə baxmayaraq, İran nüvə proqramını dayandırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edir, ballistik raket istehsalını artırır və regiondakı silahlı qruplara dəstəyini davam etdirir. İsrail isə bunu milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir və ABŞ-nin dəstəyi ilə mümkün hərbi əməliyyat planlarını gündəmdə saxlayır. Hətta yaxın zamanda münasibətlərin daha da gərginləşəcəyi ilə bağlı açıqlamalar da yayılmağa başlayıb.

Politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a açıqlamasında bildirib ki, İsrailin hədəf göstərdiyi kimi, İranda ali dini rəhbər və ona bağlı qurumlar hərbi-siyasi böhranın davam etməsində maraqlı görünür:


“İran nüvə proqramından imtina etmir, ballistik raket istehsalını genişləndirir və yeni 40 ədəd qırıcı təyyarə alıb. Eyni zamanda “Hizbullah”ın silahlandırılmasına qarşı maliyyə yardımı göndərir. Hətta12 günlük müharibə də İranın geri çəkilməsinə səbəb olmadı, əksinə, Tehranın daha aqressiv mövqe sərgiləməsinə və müharibə öncəsi ritorikasını davam etdirməsinə gətirib çıxardı. Bu proses İsrail və ABŞ tərəfindən diqqətlə izlənilir. Artıq İsrailin İranla bağlı konkret planları var”.

İranın nüvə obyektləri, hərbi rəhbərliyi və siyasi elitasının hədəf alınacağına dair mesaj xarakterli materiallar yayıldığını xatırladan politoloq bildirib ki, avqustun sonunda İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlar keçirəcəyi ehtimal olunur:

“ABŞ-nin hərbi-nəqliyyat təyyarələri Yaxın Şərqə göndərilib. Bu isə hər an başlaya biləcək İsrail–İran müharibəsi riskini artırır. Beynəlxalq ictimaiyyətin çağırışlarına isə İsrail və ABŞ məhəl qoymur. Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Tehran isə bir gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığa hazır olduğunu bəyan etsə də, ertəsi gün agentlik əməkdaşlarını nüvə obyektlərinə buraxmayacağını bildirir və onları İsrail kəşfiyyatına işləməkdə ittiham edir. Ümumiyyətlə, nüvə anlaşması faktiki olaraq mövcud deyil. İran region siyasətindən geri çəkilmək niyyətində deyil”.

İranın ABŞ ilə danışıqlarda öz şərtlərini irəli sürdüyünü qeyd edən Məhəmməd Əsədullzadə hesab edir ki, İsrail və ABŞ-nin planı İranda rejim dəyişikliyi və ali rəhbərliyin hakimiyyətdən uzaqlaşdırılmasıdır:

“Əgər İsrail İrana hücum edərsə, bu əməliyyatın məqsədi artıq yalnız hərbi zərbə deyil, sistemin dəyişdirilməsi olacaq”, - sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri