Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Avrasiyanın dialoq və əməkdaşlıq məkanı

Avrasiyanın dialoq və əməkdaşlıq məkanı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bakı yeni dünya nizamında qlobal çağırışlar səsləndirir

2025-ci il öncədən də proqnozlaşdırıldığı kimi yeni dünya nizamının formalaşdırılması istiqamətində yaddaqalan dövr kimi tarixə düşməkdədir. İstər Qərb-Şərq, istər Şimal-Cənub, istərsə də yarımcəhətlər üzrə münasibətlər sistemi yenilənir, siyasi aspektlər özünün köhnə axarından çıxır, ticari-iqtisadi əlaqələr modeli müasir tranzaksiya formuluna əsasən müəyyənləşir, hətta ictimai həyatda yeni qlobal dəyərlər ortaya çıxır. Siyasi gözləntilər daha çox növbəti mərhələdə geostrateji şəkillənməni özündə əxz edir - diqqət yetirsək, yeni dünya nizamı adlanan mövhum mürəkkəb geosiyasi dalanlar üzərindən beynəlxalq münasibətlərə sirayət etməkdədir. Nəticədə, yaranan mənzərə heç də ürəkaçan deyil:

- Kataklizmlərin həm coğrafiyası, həm mahiyyəti, həm də “xasiyyəti” dəyişkənliyə uğrayır;

- Yeni dəyərlər toplusu sistemində qlobal təhlükəsizlik fərqli anlamlarda təhdid altına düşür;

- Yeni dünya çağırışları yeni nizamın ştrixlərini formalaşdırır;

- Güc mərkəzlərinin təmərküzləşməsi növbəti mərhələyə qədəm qoyur - burada geopolitik anlamda ortaya çıxan yeni regional aktorlar da nəzərə alınır.

Beləliklə, dünyada baş verən proseslər həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni sferalar üzrə yenilənmənin (format edilmənin) bir addımlığında dayanır. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 15-də YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektler və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans iştirakçılarına ünvanladığı məktubda bildirib ki, müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır: “Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”.

Qalib və qüdrətli Azərbaycan...

Bəlli olduğu kimi, beynəlxalq hüquq qlobal mühitdə əsas istinad mənbəyi sayılır - hətta ən uzlaşılması mümkün olmayan proseslərin belə beynəlxalq hüquqla təsbiti mövcuddur. 30 ilə yaxın davam edən Ermənistan işğalı beynəlxalq hüquqa qarşı ən böyük hörmətsizlik və haqsızlıq sayıla bilərdi. İşğal nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu və bu bərpa edilməli idi- BMT TŞ-nin qəbul etdiyi məlum 4 qətnamə 30 ilə yaxın effektsiz şəkildə dayandı və icrasını gözlədi. 30 ilə yaxın Ermənistan bu qətnamələrə məhəl qoymadı. Bununla belə, təəssüfləndirici haldır ki, beynəlxalq aləm işğalçı ölkəyə qarşı hər hansı bir sərt reaksiya göstərmədi və cəzasızlıq mühiti də Ermənistanı yeni işğallara sövq etdi. Azərbaycan öz gücü ilə həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin etdi, həm də BMT TŞ qətnamələrinin icrasını reallaşdırdı. Təsəvvürlərdə beynəlxalq aləm dünya nizamına cavabdehlik daşısa da, reallıqda biz bu cavabdeh qlobal mühitin zəruri məqamlarda adekvat fəaliyyətlər sərgiləmədiyinin, bir sıra hallarda proseslərə, bəşəriyyət üçün taleyüklü məsələlərə belə seyirçi qaldığının şahidi olduq. Prezident İlham Əliyev məktubunda bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi: “44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı”.

Bakı ədaləti, beynəlxalq hüququ qətiyyətlə müdafiə edir

Dünyanın yeni dövr siyasi gündəliyinə nəzər salsaq Azərbaycanın açıq şəkildə yeni niazımın formalaşması istiqamətində ən mühüm dövlətlərdən biri olması reallığı ortaya çıxır. Simvolik cəhətdən yanaşdıqda Bakını hətta müasir nizamın mərkəzi də adlandırmaq olar. O nöqteyi-nəzərdən ki, Bakı artıq 4 cəhət üzrə həm siyasi, həm də iqtisadi kəsişmələrinin əsas nöqtəsidir. İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətləri üzrə formalaşan münasibətlər sistemi Azərbaycanın iştirakı, hətta bəzi məqamlarda liderliyi ilə həyata keçirilir. Detallara nəzər salaq Avropa İttifaqı yeni dövr üçün Qlobal Cənubla əməkdaşlıq parametrlərini Azərbaycanda müəyyənləşdirir. Paralel olaraq  Şərq ilə nəzərdə tutulan genişmiqyaslı iqtisadi təmərküzləşmənin mərkəz nöqtəsi Azərbaycandır (Çin ilə imzalanan hərtərəfli strateji tərəfdaşlıq sənədi bunu təsdiqləyir). Bakı Mərkəzi Asiya və Türk coğrafiyasında aparıcı rola malikdir - Orta Dəhlizin ən mühüm və strateji stansiyası olaraq bu vəzifəni uğurla həyata keçirir. Hətta ənənəvi kataklizmlərin dayandırılması, həlli yollarının araşdırılmasında, tapılmasında Azərbaycanın vasitəçiliyi olduqca vacib şərt kimi önə çıxır. Səbəb isə birdir - Azərbaycan bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanır, ədalət prinsipindən çıxış edir. Prezident İlham Əliyev öz məktubunda bildirib ki, ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir: “Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir”.

Qlobal etimad mühiti...

Azərbaycan bu gün üzvü olduğu siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə daim seçilir. Son 20 illik yolda BMT TŞ-yə sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən möqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktoloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, “yaşıl enerji” layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi məqamlarda ön plana çəkilir. Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir. Dövlət başçısı sözügedən təbrik məktubunda onu da vurğulayıb ki, bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır: “Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər”.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri