Icma.az
close
up
RU
Əməkdaşlıq və dialoq məkanı

Əməkdaşlıq və dialoq məkanı

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Prezident İlham Əliyevin bu günlərdə həm “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına, həm də  Roma Papası Fransisk Həzrətlərinə Müqəddəs Milad bayramı münasibətilə təbrik məktubları ünvanlaması ölkəmizdə mədəniyyətlərarası dialoqa, multikulturalizmin təşviqinə necə böyük önəm verildiyini bir daha əyani şəkildə təsdiqləyir.

Bu, o anlama gəlir ki, Azərbaycanda ayrı-seçkiliyə yer yoxdur və bütün dinlərə böyük hörmətlə yanaşılır. “Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir”, - deyə Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb.

Dövlət siyasətinin mühüm istiqaməti - multikulturalizm

Hazırda dünyada müşahidə edilən bəzi proseslər ciddi narahatlıq doğurur. Ayrı-ayrı ölkələrdə dini-mədəni müxtəlifliyə dözümsüz yanaşmalar da bu sırada yer alır. Xüsusilə də Avropa məkanında cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Forum iştirakçılarına ünvanlanan məktubda da vurğulandığı kimi, belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.

Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan tolerantlıq baxımından nümunəvi bir məkan kimi diqqət mərkəzinə gəlir. Respublikamızda dövlət-din siyasəti yüksək səviyyədə qurulub. Məlumdur ki, Azərbaycan çoxkonfessiyalı cəmiyyətə malikdir. Dövlət-din siyasəti də məhz belə rəngarəngliyə uyğun qurulub. Ölkəmizdə bir tərəfdən insanların böyük əksəriyyətinin inam bəslədiyi İslam dininə aid dəyərlər qorunur. O cümlədən ölkə ərazisində İslam dininə aid abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb.

Eyni zamanda, respublikamızda digər dinlərə də böyük hörmət bəslənilir, burada fərqli etiqad daşıyıcısı olan insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda multikulturalizm tarixdən gələn bir ənənədir və bu gün də qorunub saxlanılır. Qısaca desək, ölkəmizdə multikulturalizm həm cəmiyyətin istəyidir, həm də dövlət siyasətidir. Forum iştirakçılarına ünvanladığı məktubunda buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev “Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”, - deyə bildirib.

Vurğulamaq yerinə düşər ki, hazırda dünyada İlham Əliyev kimi tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Xatırladaq ki, 2024-cü ilin may ayında  Bakı sayca altıncı Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib.

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında formalaşmış xoş münasibətlər

Müstəqil Azərbaycanla Müqəddəs Taxt-Tac arasında siyasi dialoq geniş məzmuna malikdir. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl multikultural siyasət Vatikanda yüksək dəyərləndirilir.  Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlərin sevindirici olduğunu bildirib. “İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir”, - deyə dövlətimizin başçsı vurğulayıb.

Bu məqamda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da Vatikanla əməkdaşlığın genişənməsinə davamlı töhfələr verdiyini xüsusi vurğulamaq yerinə düşərdi. İndiyədək Fond tərəfindən Müqəddəs Taxt-Tacda çoxsaylı layihələr reallaşdırılıb. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Həm Azərbaycan, həm də Müqəddəs Taxt-Tac gələcəkdə də xoş mərama əsaslanan sıx əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Cari ilin sentyabr ayında Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti, kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri