Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterina Kaşux bildirib.
Mütəxəssis qeyd edib ki, mənşəyi və tərkibinin həqiqiliyi şübhə doğuran bioloji fəal əlavələr qaraciyər üçün gizli təhdiddir:
“Çox insan yanlış olaraq “təbii” əlavələri tamamilə təhlükəsiz vasitə hesab edir. Lakin məhz Bioloji fəallığa malik qida əlavələri tez-tez qaraciyərin dərman zədələnməsinə gətirib çıxarır. Əlavələrin tərkibindəki bəzi ekstraktlar yüksək dozada hepatositlər (qaraciyər hüceyrələri) üçün zəhərlidir. Təəssüf ki, insanlar çox vaxt həkimlə məsləhətləşmədən özlərinə sərbəst şəkildə bunu təyin edir və dozaları özləri seçirlər”.
Həkim vurğulayıb ki, bioloji fəallığa malik qida əlavələrinin uzunmüddətli və nəzarətsiz qəbulu zamanı qaraciyərə düşən toksik yük artır, hüceyrələr zədələnir.
“Vəziyyəti mürəkkəbləşdirən əsas məqam isə qaraciyər problemlərinin uzun müddət özünü bərüzə verməməsidir. Simptomlar yalnız zədələnmə prosesi dərinləşdikdən sonra üzə çıxır, - deyə o əlavə edib.
Baxış sayı:137
Bu xəbər 10 Noyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















