100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili SİYAHI
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yanacaq sərfiyyatına qənaət etmək istəyən sürücülər üçün dizel mühərrikli avtomobillər daha əlverişli seçimlərdən sayılır. Bu avtomobillər arasında isə 100 kilometrə 5 litrdən az yanacaq sərf edən modellər xüsusi diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri məlumat yayıb.
Nəşr tarixdə ən az yanacaq sərfiyyatına malik 10 dizel avtomobilinin siyahısını açıqlayıb. Reytinqdə həm Avropa, həm də Asiya istehsalçılarının modelləri yer alıb.
Ən qənaətcil 10 dizel avtomobili:
1. Volkswagen XL1 – 100 km-ə 0,9 litr;
2. Peugeot 208 BlueHDi – 100 km-ə 3 litr;
3. Renault Clio 1.5 dCi 90 ECO – 100 km-ə 3,2 litr;
4. Kia Rio – 100 km-ə 3,2 litr;
5. Opel Astra – 100 km-ə 3,3 litr;
6. Honda Civic i-DTEC – 100 km-ə 3,5 litr;
7. Opel Corsa – 100 km-ə 4 litr;
8. Skoda Octavia – 100 km-ə 4,3 litr;
9. Audi A2 – 100 km-ə 4,4 litr;
10. Honda HR-V i-DTEC – 100 km-ə 5 litr.
Siyahının mütləq lideri Volkswagen XL1 modelidir. Şirkət bu avtomobili maksimum yanacaq səmərəliliyinə nail olmaq məqsədilə hazırlayıb. Model iki silindrli TDI dizel mühərriki ilə yanaşı elektrik mühərriki ilə də təchiz olunub. Sınaqlar zamanı onun yanacaq sərfiyyatı 100 kilometrə cəmi 0,9 litr təşkil edib.
Avtomobilin aerodinamik kuzovu, aşağı çəkisi və xüsusi konstruksiyası bu göstəriciyə nail olmağa imkan verib. Volkswagen XL1 məhdud sayda istehsal olunub. Ümumilikdə 200 ədəd buraxılan modelin satış qiyməti 100 min dolları ötüb.
Reytinqdə ikinci və üçüncü yerləri tutan Peugeot 208 BlueHDi və Renault Clio 1.5 dCi 90 ECO modelləri də qənaətcilliyi ilə seçilir. Hər iki avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 4 litrdən aşağıdır. (hit.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Noyabr 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















