Icma.az
close
up
RU
Avrokuboklara dördüncü vəsiqə uğrunda iki klub mübarizə aparır

Avrokuboklara dördüncü vəsiqə uğrunda iki klub mübarizə aparır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan kubokunda finalçıların adları məlum olub. Əsas mükafat yalnız “Qarabağ”la “Sabah”dan birinə qismət ola bilər. Ağdam klubu ölkə kubokunun yarımfinalında “Araz Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni mübarizədən kənarlaşdırıb. Məhz bu mərhələdən sonra “Neftçi”nin avrokuboklardan kənarda qaldığı dəqiqləşib.

Bizimyol.info xəbər verir ki, Azərbaycanı Avropa klub turnirlərində yenə 4 komanda təmsil edəcək. Çempionluğun bir addımlığında olan “Qarabağ”la yanaşı, ən yaxın izləyicilərini nəzərəçarpan dərəcədə geridə qoyan “Zirə” də avrokuboklara vəsiqə qazanıb. Eyni sözləri “Araz Naxçıvan” haqqında da demək olar. Sadəcə, bunu aprelin son günlərindəki 32-ci turda rəsmiləşdirmək qalır.

Əsas mübarizə dördüncü vəsiqə uğrunda gedir. İş orasındadır ki, çempionatda dördüncü yeri tutmaq vəzifəni yerinə yetirmək üçün bəs etmir. İndi “Turan Tovuz” elə bu pillədədir. Amma “Sabah” ölkə kubokunun qalibi olsa, məhz bu komanda qitə klub turnirlərinə yollanacaq.

“Turan Tovuz”un dördüncü yeri əldən verəcəyi inandırıcı görünmür. Qərb bölgəsinin təmsilçisi hətta üçüncü pilləyə yetişə bilər. Sabah hər iki cəbhədə vuruşur. Paytaxt klubu həm dördüncü yeri ələ keçirməyə, həm də kobok qalibi olmağa çalışır. Yəni “Sabah” istiqamətlərdən birində uğur qazanmağa cəhd göstərir.

İndi proqnoz vermək çətindir. Sadəcə, “Qarabağ” ölkə kubokunun finalına vəsiqə qazananda mükafatı əldən verməyə alışmayıb. Axırıncı dəfə belə hal 25 il əvvəl yaşanıb. Onda “Kəpəz” finalda “Qarabağ”dan üstün olmuşdu. Lakin Ağdam klubu Qurban Qurbanovun dövründə həmişə əsas oyunda rəqiblərini üstələyib. Ümumiyyətlə, son 10 yarışın 6-da kubok “Qarabağ”a qismət olub. Bu mənada sensasiya gözləmirik. Böyük ehtimalla “Qarabağ” yenə ölkə kubokunun qalibi olacaq. “Turan Tovuz” çempionatı dördüncü pillədə başa vursa, uzun fasilədən sonra Avropaya yollanacaq. Unutmayaq ki, Tovuz klubu bizim avrokuboklarda ilk təmsilçimizdir. “Turan Tovuz”un təxminən 30 ildən sonra səhnəyə qayıtması ciddi hadisə olardı.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri