Icma.az
close
up
RU
Avronun məzənnəsi DƏYİŞDİ: Dollarla bağlı KRİTİK PROQNOZ

Avronun məzənnəsi DƏYİŞDİ: Dollarla bağlı KRİTİK PROQNOZ

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Avro və rublun məzənnə artımı idxal olunan məhsulların qiymətlərinə birbaşa təsir göstərir. Avronun bahalaşması, xüsusilə Avropa ölkələrindən gətirilən məhsulların maya dəyərini artıraraq daxili bazarda qiymət səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu proses inflyasiya təzyiqlərini gücləndirir və istehlakçılar üçün əlavə xərclər yaradır".

Bu fikirləri News24.az- a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. 

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə enerji sektoru başda olmaqla iqtisadi əməkdaşlığı mövcuddur:

 "Xüsusilə neft və qaz ixracı nəticəsində ölkəyə avro ilə daxilolmaların artması dövlət büdcəsinin gəlir hissəsində müsbət dəyişikliklərə yol açır. Bu, büdcənin maliyyə dayanıqlığını möhkəmləndirə bilər". 

Ekspert avro zonasından idxal olunan təhsil, turizm və istehlak məhsulları üzrə artan xərclər daxili bazarda qiymət səviyyəsinin yüksəlməsi ilə nəticələnə biləcəyini vurğulayıb. Bildirib ki, bu, hal əhalinin real gəlirlərinə mənfi təsir göstərir.

"Rublun bahalaşması da oxşar iqtisadi nəticələr doğura bilər. Azərbaycan Rusiya ilə geniş ticarət əlaqələrinə malikdir və əsasən qida məhsulları, tikinti materialları kimi sahələr üzrə idxal həyata keçirilir" - deyə o qeyd edib.

İqtisadçı  rublun məzənnəsinin yüksəlməsi bu kateqoriyalara aid məhsulların qiymət artımına səbəb ola bilər ki, bu da inflyasiya risklərini artıracağını və iqtisadi sabitlik üçün əlavə təzyiqlər yaradacağını əlavə edib. 

Həmçinin məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov avronun dollara nisbətən məzənnəsi ötən həftələr yüksəlsə də, son iki həftə dolların kursunun artması müşahidə olunduğunu deyib: 

"Bu da, təbii ki, dollar indeksinin yüksəlməsi ilə bağlıdır". 

Millət vəkilinin sözləri görə, avronun məzənnəsi yenə də əvvəlki aylara nisbətən dollara qarşı yüksəkdir:

"Bütövlükdə, avronun məzənnəsinin yüksək olması avro zonasında istehsal edilən məhsulların xarici bazarda qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropaya əsas ixracatı enerji məhsullarıdır. Eyni zamanda, Azərbaycanın idxalında əsas tərəfdaş Çindir. Əvvəlki dövrlərdə isə bu, Rusiya idi". 

Deputat indiki halda avro və rublun məzənnəsindəki dəyişikliklər Azərbaycan iqtisadiyyatına xüsusi təsir göstərmədiyini vurğulayıb. 

Əgər avronun məzənnəsində artımlar davam etsəydi, bu, Avropadan Azərbaycana gətirilən məhsulların qiymət artımına gətirib çıxarardı - deyə o bildirib. 

V. Bayramov son günlərin qlobal valyuta bazarında dolların sabitliyi müşahidə olunduğunu,  hələlik, Azərbaycan iqtisadiyyatına xüsusi bir təsiri olmadığını nəzərə çatdırıb.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri