Icma.az
close
up
RU
Avropa Amerikanı əvəzləyə biləcəkmi? TƏHLİL

Avropa Amerikanı əvəzləyə biləcəkmi? TƏHLİL

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hamı emosional şəkildə Avropanın Amerikanı əvəzləyəcəyindən danışır. Avropa Amerika ola bilməz. Ola bilər, amma ola bilməz.

İzah edim. Vahid, güclü Avropa üçün güclü quru qoşunları və vahid lider dövlət lazımdır.

Bu günün reallıqlarında Rusiya Fransanı saymır. Putin 3 aydır Makronun telefonlarına cavab vermir.

Britaniya da o boyda güclü ordunu saxlayacaq maddi gücə sahib deyil. Görmədiniz, Zelenskiyə 1.6 milyardı zorla verdilər, özü də Belfastda zavod tikməkdən falan danışa-danışa.

Və Rusiyanın qorxduğu, ehtiyatla davrandığı və çəkinəcəyi yeganə güc Almaniyadır.

Güclü Avropa üçün supergüclü Almaniya lazımdır. Tam silahlanmış, nüvə silahı olan Almaniya.

Almaniya buna qadirdirmi? Əlbəttə! Artıqlamasıyla özü də.

Artıq heç kəsə sirr olmayan məlumatlar Almaniyanın, bu gün qərar verib başlasa, cəmi 3 həftə ərzində nüvə silahına sahib ola biləcəyini göstərir.

Adamların ehtiyatda hazır nüvə planı, ordu quruculuğu strategiyaları əlbəttə ki, var.

Amma 2 dünya müharibəsi başlatmış Almaniyanın silahlanma potensialı hamını qorxudur. Başda da Fransa və Polşa olmaqla.

Almaniya silahlansa, Fransanın Avropa lideri statusu əlindən çıxacaq.

Polşanın vəziyyəti isə lap ağırdır. Sileziya, Pomeraniya və Şərqi Prussiyada olan 200 min kvadrat kilometr alman torpağını son sorğulara görə alman gənclərinin 45%-i özününkü sayır.

Bu nəsil 10 il sonra hakimiyyətdə olacaqlar. Və artıq bu nəsilin arasında məlum rəssamın kultu yenidən dirilməkdədir.

Və çox önəmli bir hissəsi düşünürlər ki, Polşa bu torpaqları qaytarmalıdır.

Sabah Almaniya silahlansa, az qala hamısı ondan nəyisə qopartmış qonşularından tarixi alman torpaqlarını geri istəyəcək.

Və buna mənəvi haqqı da olacaq. Deyəcək ki, “mən artıq düşmən deyiləm, sizin liderinizəm, sizi qoruyuram, davay məndən aldıqlarınızı qaytarın”.

Qaytaracaqlarmı və ya qaytarmağa hazırdırlarmı? Çətin dilemmadır.

Hə, Almaniya əvvəlki təcrübələrdən dərs alıb xeyli sakit və təmkinli şəkildə edəcək bunu. Amma, edəcək.

Almaniya indinin özündə artıq xeyli ehtiyatlı və təmkinli davranır.

2 dünya müharibəsinin hər ikisini başlatmış maşın hamını qorxudur, əlbəttə. Ona görə də almanlar hər şeyi səbr və təmkinlə edirlər. Bir az da nazlanırlar.

Sanki, hamıya “mənə nə?” deyərcəsinə. Almaniya istəyir ki, Avropa ona yalvarsın ki, gəl başımızda dur, bizi qoru. Onda artıq öz şərtlərini diqtə edə biləcək nöqtədə olacaq.

Bu baş verəcəkmi? Mənim qənaətimcə, hə. Əslində indiki Ukrayna işğalı da ən çox Almaniyaya sərf edir.

Ukrayna çöksə, Şərqi Avropadakı ölkələr artıq panikaya düşəcək. Bunun ardınca mütləq alman liderliyi gələcək.

Fransanın Napoleonsayağı imperiyası, Lord Kelsrinin könüllü Avropa Birliyi ideyaları faktiki işləmədi. Gəlib diktator dedikləri Ərdoğana yalvarırlar.

Avropanın yeni birliyinin ən ağlabatan yolu Müqəddəs Roman-German İmperiyasının müasir variantda təzahürüdür. Paytaxt bu dəfə Vyana yox, Berlin olacaq.

Mən bunu əlbəttə ki yaxşı bir şey olaraq təqdim etmirəm və açığı arzulamıram. Amma hər şey ora doğru aparır.

Digər bütün alternativlər mümkünsüzdür. Orduları LGBT paradlarına qatılan, konfort həyata öyrəşmiş, döyüş ruhundan uzaq Avropa ölkələri Putin və gələcəkdəki digər potensial işğalçılar üçün çəkindirici güc deyillər.

Çəkindirici və qorxulan Avropanın yolu, yalnız supergüclü Almaniyadan keçir.

Onun isə olub olmayacağını tezliklə görəcəyik.

İlkin Rüstəmzadə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Mart 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri