Rusiya Zaporojyeyə zərbə endirdi: 2 ölü, 22 yaralı var Video
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya qoşunları noyabrın 24-də Ukraynanın Zaporojye şəhərinə zərbələr endirib. Hücum nəticəsində fərdi yaşayış evi dağılıb, beşmərtəbəli bina qismən məhv olub, digər tikililərə, avtomobillərə və nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Mixail Semikin məlumat verib.
Onun sözlərinə görə, Rusiya hücumu nəticəsində iki nəfər ölüb, daha 22 nəfər yaralanıb.
Yaralılar arasında 6 və 16 yaşlı iki uşaq da var. Onların hamısına zəruri tibbi yardım göstərilir.
Yaralı qadınlardan birinin vəziyyəti ağırdır. O, kəllə-beyin travmaları alıb.
Xatırladaq ki, bundan əvvəl Kiyevin Şevçenko rayonunda, şəhər mərkəzində qalıqların düşməsi nəticəsində avtomobil yanıb və xəsarət alanlar olub.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın enerji şəbəkələrini və elektrik xətlərini məhv etmək taktikasından istifadə etdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya Odessanı, Odessa və Dnepropetrovsk vilayətlərini enerji mənbələrindən təcrid etməyə çalışır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















