Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Avropa Azərbaycanın yeni nizamdakı statusunu təsdiqləyir

Avropa Azərbaycanın yeni nizamdakı statusunu təsdiqləyir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rəsmi Bakı qlobal münasibətlər sistemində aparıcı rola malikdir

Azərbaycanın son beş ildə bölgədə yaratdığı reallıqlar tək Cənubi Qafqazla məhdudlaşmır - regional təhlükəsizliyin təmini yeni nizamda qlobal münasibətlərin təmərküzləşməsini də təmin edir. Xatırladaq ki, son dövrlərdə “kollektiv Qərb” daxilində yaranan çatlar xüsusilə Avropa kontingentinin diqqətini Şərqə doğru yönəldib. 2025-ci ilin əvvəlindən etibarən Avropanın şərq ölkələriylə, xüsusən də, yeni qlobal ticarət tranziti üzərində olan dövlətlərlə münasibəti fərqli “məcra” qazanır...

Cənubi Qafqazın lideri, yeni siyasi reallıqların müəllifi...

Sammitin yekun sənədində bir diqqətçəkən məqam da var: “Biz, həmçinin bu layihələrin uğurla həyata keçirilməsi üçün Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi barədə razılığa gəldik”. Bu fakt təsdiq edir ki, Qərb, xüsusilə Avropa bütün razılıqların, iqtisadi-siyasi anlaşmaların mərkəzində Cənubi Qafqazın, daha dəqiq desək regionun lider dövləti olan Azərbaycanın dayandığını etiraf edir. Son aylarda Avropa dövlətlərinin rəhbərlərinin Mərkəzi Asiyaya intensivləşən səfərləri sonrası səslənən bu fikir bir daha onu göstərir ki, Qərb bütün bu səfərlərin müsbət sonuclanması üçün başlıca yolların Azərbaycandan keçdiyini bilir və görür. Beləliklə, ilk iş Azərbaycan ilə münasibətlərə yenidən baxılmasıdır...

Bir daha təsdiq olundu ki, Azərbaycanın yürütdüyü milli maraqlara əsaslanan, müstəqil siyasət kursu ümumən Cənubi Qafqaz coğrafiyasına yeni bir sima qazandırıb. Artıq güc rıçaqlarından istifadə etməklə bölgədə “siyasi tərəzi”nin tərəfini ağırlaşdırmaq mümkün deyil - bu sırada Avropa İttifaqının adı xüsusi çəkilməlidir. Avropa Komissiyasının anti-Azərbaycan fəaliyyəti, qeyri-hüquqi müzakirələri, COP29-a qarşı aparılan kampaniya bunu deməyə əsas verir. Amma bu təzyiqlər heç bir nəticə vermədi. Ermənistanın silahlandırılmasında Avropa Sülh Fondu vasitəsilə oynanılan rol, Fransanın təhriki ilə əleyhimizə qəbul olunan qərarlar, Ermənistan ilə münasibətlərin normallaşması prosesində tutduğu mövqe quruma olan inamı və etimadı sarsıtdı - beləliklə də, Azərbaycan dövləti Aİ-ni ümumən normallaşma prosesindən kənarlaşdırdı.

Bakı yeni enerji təminatçısı kimi...

Gələcək münasibətlərin inkişaf dinamikası isə daha çox Aİ-nin gələcək mövqeyindən asılı olacaq. Hələ ilin əvvəlində bəyan edilmişdi ki, qurum ölkəmizlə səmimi münasibətlər qurmağa çalışacaqsa, ikitərəfli əməkdaşlığın beynəxalq hüquq və milli maraqlar çərçivəsində yürüdülməsinə öz töhfəsini verəcəksə, Bakının da mövqeyi adekvat olacaq. Bu ilin yanvarında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev demişdi ki, Azərbaycana və onun milli maraqlarına münasibət necə olacaq, bizim münasibət də elə belə də qalacaq.

Beləliklə, mesaj aydındır - Azərbaycan hər zaman bildirib ki, bizim Aİ üzvü olmaq kimi hədəfimiz yoxdur. Bununla belə, müasir dünyanın çağırışları və standartları daxilində əməkdaşlıq mümkündür - hətta son proseslər göstərir ki, bu Avropa üçün zəruridir. Azərbaycan Avropanın bir neçə ölkəsinin enerji təminatında fəal iştirakçıya çevrilib - Aİ üzvü olan dövlətlərə ixrac olunan qazın həcmi isə bir neçə dəfə artıb. Aİ ilə qarşılıqlı ticarət balansı da normaldır. Belə olan halda, Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq sırf işgüzar müstəvidə tənzimlənməlidir. Aİ ölkəmizin daxili işlərinə qarışmadan, özünü regionda “hakim” statusunda görmədən ikitərəfli münasibətləri inkişaf etdirə bilər.

Azərbaycan “açar dövlət” statusunda...

Nəzərə alınmalıdır ki, artıq nəinki Avropada, bütün qlobal mühitdə “dəngələr dəyişib”. Kontingent dərk edir ki, düşdüyü bu ağır iqtisadi durumdan onları yalnız Şərq xilas edə bilər. Bu “xilas yolu”nun əsas açarlarından biri isə Azərbaycandır. Ölkəmiz ilə Çin arasında son bir neçə gündə imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycanın bölgədəki rolunu və yerini bir daha təsdiqlədi. Çünki bu Birgə Bəyanat bir çox amillərin üzərinə işıq saldı:

- Azərbaycan yeni nizamın gündəliyinin müəyyənləşməsində mühüm rola malikdir;

- Yeni ticari əlaqələr sisteminin vacib bir hissəssidir;

- Ticari tranzit xəttlərin ötürücülüyünü təmin edəcək ölkədir;

- Yeni münasibətlər sisteminin daha da irəliyə aparlıması üçün Azərbaycanın bölgədə gördüyü işin çəkisi böyükdür;

 - Azərbaycan stabilləşdirici rolunu daha da genişləndirir.

Buraya həm Zəngəzur dəhilizi xəttinin perspektiv inkişafı, Qərb-Şərq əlaqələrində yeni şaxələndirmə siyasəti, bölgəsəl təhlükəsimzliyin təminatı, hətta Yaxın Şərq istiqamətində təhlükəsizlik arealının formalaşdırılmasındakı rol da daxildir.

Münasibətlərdə fərqli ştrixlər...

Qeyd olunan bu faktorlar isə Qərb dünyasında, xüsusilə Avropa kontingentində açıq şəkildə görülür və dərk olunur. Təsadüfi deyil ki, Aİ-nin yeni strukturlaşmasının ardından Azərbaycana qarşı münasibətdə fərqli ştrixlər hiss olunmağa başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ilin əvvəlində Prezident İlham Əliyevə zəngi və telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi,  Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması bunu deməyə əsas verir. Yeri gəlmişkən, dünən Avropanı təmsil edən iki fərqli təşkilatın - Aİ-nin və ATƏT-in rəsmi şəxsləri Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Minsk Qrupu ləğv edilməlidir ...

Paralel olaraq Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi situasiya Qərbin Cənubi Qafqaza baxışında da korrektləri tələb edir. O baxımdan ki, artıq Cənubi Qafqazda “Qarabağ münaqişəsi” adlı kataklizm mövcud deyil - bu isə onu deməyə əsas verir ki, Avropanın konkret olaraq Azərbaycana və ya ümumən bölgəyə münasibəti bu keçmiş “münaqişə” üzərindən qurulmamalıdır. Eləcə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh təşəbbüsləri ikitərəfli mahiyyət daşıyır - Qərb bu prosesdə yer almaq üçün can atmamalıdır. Bu prizmadan yanaşdıqda bir daha təsdiqlənir ki, Azərbaycan bütövlükdə, yeni münasibətlər sistemi formalaşdırıb. Məsələn, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i bu xüsusda önə çıxır. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu” illər boyu yalnız məsələnin həlli ilə bağlı hər hansı qəti addımı ilə seçilməyib - hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoyaraq hüquqları pozulan azərbaycanlıları görməzdən gəlib. 44 günlük müharibə ilə başa çatan “münaqişə” həm də ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın bir addımlığındadırlar. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut etdi ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edərkən də keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri