Icma.az
close
up
RU
“Bu layihə Azərbaycanın Avropa üçün etibarlı enerji mənbəyi olduğunu təsdiqləyir” ŞƏRH

“Bu layihə Azərbaycanın Avropa üçün etibarlı enerji mənbəyi olduğunu təsdiqləyir” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 1-dən Şimali Makedoniyada özəl və sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükü başlayıb.

Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), M-Gaz və CNG Systems şirkətləri arasında səmərəli əməkdaşlıq nəticəsində tədarüklər təşkil edilib.

Ekspertlərin fikrincə, bu, Azərbaycanın yalnız mövcud bazarlara deyil, eyni zamanda daha geniş Avropa bazarlarına da çıxışını təmin edir.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan politoloq İlyas Hüseynov qeyd edib ki, yeni bazar Azərbaycanın qaz ixracını artırmağa və ölkə iqtisadiyyatını gücləndirməyə kömək edəcək:

“Yeni layihə ilə qaz ixracının coğrafiyası genişlənəcək və region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin güclənməsinə töhfə verəcək.

Şimali Makedoniyadakı layihə, ənənəvi qaz şəbəkəsinə qoşulmayan sənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz ilə təmin olunmasını nəzərdə tutur. Cənub qaz dəhlizinin önəmli seqmentlərindən biri olan TAP layihəsi artıq genişlənir və Avropanın daha çox ölkəsi bu layihədən enerji təhlükəsizliyini təmin edir. Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsi nəticəsində Cənubi Qafqaz boru kəməri vasitəsilə TANAP və TAP layihələri reallığa çevrilib.

Layihə çərçivəsində Azərbaycan qazı 6 uşaq baxçası, 8 məktəb, 1 xəstəxana, bir neçə bələdiyyə inzibati binası, 400-dən çox ev təsərrüfatı və bir sıra sənaye müəssisələrini istilik və isti su ilə təmin edir”.

İlyas Hüseynov bildirib ki, bu layihə Azərbaycanın Avropa üçün etibarlı enerji mənbəyi olduğunu bir daha təsdiqləyir:

“Slovakiyada layihənin genişlənməsi ilə bir neçə dövlət Azərbaycan qazına maraq göstərir və alıcı olmaq niyyətlərini açıqlayıb.

Yeni interkonnektorlar vasitəsilə əlavə mənbələr formalaşacaq, Cənub qaz dəhlizinin ötürücülük gücü artırılacaq, yeni kompressor stansiyaları tikiləcək, yeni qaz yataqları kəşf ediləcək və hasilatı genişlənəcək ki, bu da ölkə üçün mühüm əhəmiyyət daşıyır”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri