Icma.az
close
up
RU
Avropa Bankı razıdır

Avropa Bankı razıdır

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın maliyyə-bank sektoru müasir inkişaf çağırışlarına uyğun təkmilləşdirilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bugünlərdə açıqladığı hesabatda Azərbaycanda maliyyə sektorunun inkişafı ilə bağlı aparılan instit?sional islahatlar, o cümlədən bank və maliyyə qanunvericiliyinin müasir dünya çağırışlarına uyğun təkmilləşdirilməsi təqdir olunur. Hesabatda qeyd edilir ki,  rəqəmsal quruculuğa dayanıqlı keçid strategiyalarının hazırlanması və yeni maliyyə ekosisteminin formalaşdırılması kapital bazarında likvidliyin artırılmasına və risklərin idarə edilməsinə münbit şərait yaradır.

Kapital bazarları inkişaf mərhələsinə çatıb

AYİB ekoloji cəhətdən təmiz investisiya layihələrinin dəstəklənməsini nəzərdə tutan yeni maliyyələşdirmə alətlərinin təşviqi və emissiyası istiqamətində Azərbaycanın bank institunun təmin etdiyi müasir qanunvericilik bazasının əhəmiyyətinə də diqqət çəkir, bu tədbirlərin beynəlxalq standartlara cavab verməklə davamlı maliyyə sisteminin inkişafına və qlobal bazarlara inteqrasiya üçün stimul verdiyini vurğulayır. Bildirilir ki, Azərbaycanın bank tənzimləyici orqanı kommersiya banklarına çoxçeşidli investisiya xidmətləri göstərməyə imkan verən xüsusi qaydalar tətbiq edib ki, bu da investorlar üçün birbaşa giriş kanallarını genişləndirir.

AYİB-in ekspertlərinin qənaətinə görə, ümumilikdə, Azərbaycanda kapital bazarları mühüm inkişaf mərhələsinə çatıb, ölkənin aktivlərinə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı bank tarixində ilk İlkin Kütləvi Təklif (IPO) elan edib ki, bu meyar üzrə sövdələşmənin ilin sonuna qədər başa çatması gözlənilir. İPO missiyası Beynəlxalq Bankın səhmdarlar bazasını şaxələndirmək və əlavə kapital cəlb etmək üçün yeni mühit yaradıb, habelə səhmlərinin əhəmiyyətli hissəsinin yerli və beynəlxalq investorların əlində cəmləşməsinə imkan verməklə səhm sektorunun rəqabətliliyini genişləndirib.

AYİB “yaşıl istiqraz” və “yaşıl səhm”lərin buraxılışına dəstək göstərəcək

Qeyd edək ki, Mərkəzi Bank (MB) tərəfindən bir neçə gün əvvəl təsdiqlənən “Yaşıl Taksonomiya” sənədində bank və maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşların iştirakı ilə rəqəmsal quruculuğa keçid üçün “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqinin genişləndirilməsi nəzərdə tutulub. Azərbaycanın bank sisteminin “yaşıl istiqraz” və “yaşıl səhm”lərin emissiyasına hazırlığı üçün xarici maliyyə institutları və emitentlərindən köməyindən istifadə olunacaq ki, onlardan biri də Avropa Bankıdır.

Azərbaycan Mərkəzi Bank ilə AYİB arasında qarşıdakı illərdə əməkdaşlığın gündəliyində maliyyə sisteminin “yaşıl”laşdırılmasını təmin etmək üçün yeni risk daşımayan yuksək keyfiyyətli, likvid maliyyə məhsullarının dövriyyəyə çıxarılması nəzərdə tutulur ki, bu layihələrin icrası ekoloji layihələrin maliyyə təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Avropa Bankı Azərbaycanda bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna da razılıq verib. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmçinin, “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında maliyyə təchizatçı olmaq niyyətini ifadə edib.

Kibertəhlükəsizliklə bağlı tədbirlər də qaneedicidir

Avropa Bankı Azərbaycanda kibertəhlükəsizliyin vəziyyətinin də qənaətbəxş olduğunu bildirir. Mərkəzi Bankın (MB) məlumatların qorunmasının gücləndirilməsi və kibertəhdidlərin minimuma endirilməsi istiqamətində gördüyü tədbirlər də müsbət addımlar kimi səciyyələndirilir. Həmçinin, bank sistemində infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması sayəsində yeni güclü ekosistem və rəqəmsallaşma infrastrukturu möhkəmlənməkdədir. Hesabat müəlliflərinin fikrincə, hökumətin ötən ilin avqustunda məlumatların qorunması və milli rəqəmsal məkanın vahid standartlarının yaradılmasına yönəlmiş ilk beşillik “2023-2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası”nın qəbul edilməsi də bank sektorunda iradəli islahatların mühüm tərkib hissəsidir.

Avropa Bankı ilə əməkdaşlıq ölkəmizdə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçidə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrə maliyyə köməkliyinin göstərilməsinə imkan verəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri