“Komandamızın hədəfləri dəyişməyib” klub rəsmisi
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Azarkeşlərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Şirvan” Peşəkar Futbol Klubunun maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı və futbolçular qarşısında öhdəliklərində problemlər mövcud deyil”.
Bu sözləri “Futbolpress.az”a açıqlamasında 2-ci Liqa klubu “Şirvan”ın baş meneceri Emin Məmmədov deyib.
Bölgə klubunun rəsmisi komandanın qarşısına qoyulmuş hədəflərə doğru addımladığını bildirib:
“Klubumuzun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdur.
Hazırda GBARU, “Mister Tum”, HENTR, “İnci AKÜ” və “Xızıroğlu” şirkətləri klubumuzla əməkdaşlığını davam etdirir. Biz bu tərəfdaşlığa və qarşılıqlı etimada böyük önəm veririk.
Bununla yanaşı, məqsədimiz mövcud tərəfdaşlarımızı qorumaqla kifayətlənmək deyil.
Klubun maliyyə və təşkilati imkanlarını genişləndirmək, yeni sponsorlar cəlb etmək və daha dayanıqlı idarəetmə modeli formalaşdırmaq istiqamətində işlərimizi davam etdiririk.
“Şirvan” PFK yeni formalaşan və inkişaf yolunda olan bir klubdur. Təbii ki, bu proses müəyyən çətinliklər və çağırışlarla müşayiət oluna bilər.
Komandamızın hədəfləri və mövsümün qarşısında duran idman vəzifələri dəyişməyib. Şirvan futbolunun inkişafı, klubun daha da güclənməsi və azarkeşlərimizin etimadının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk”.
Xatırladaq ki, “Şirvan” çempionatda 12 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Noyabr 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















