Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
Icma.az bildirir, Apasport portalına istinadən.
Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.
Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.
Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.
Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür” Riçard Trautman: “Əsas hədəfimiz Azərbaycanda keçiriləcək dünya çempionatıdır” Millimizin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşdi Millinin heyətində dəyişiklik edilib Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Aprel 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















