Avropa çempionu millimiz Vətənə qayıtdı
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb.
Axar.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.
Üç qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz ikinci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.
Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Üç qızıl, iki gümüş və bir bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Aprel 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















