Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 avqust, AZƏRTAC
İtaliya milli komandasının sabiq futbolçusu Çiro İmmobile karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, son olaraq Fransanın "Paris" klubunun formasını geyinən hücumçu 36 yaşında futbolla vidalaşıb. Onun Parisin eyniadlı təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, komandanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, Çiro İmmobile karyerası ərzində "Latsio", "Borussiya Dortmund", "Yuventus", "Beşiktaş", "Sevilya", "Torino", "Cenoa", "Bolonya", "Peskara", "Qrosseto" və "Siena" komandalarının da şərəfini qoruyub.
Veteran hücumçu 4 dəfə İtaliya A Seriyasının bombardiri olub, Avro-2020-də yığma ilə qızıl medal qazanıb. İmmobile "Latsio"nun tarixinin ən sərrast futbolçusudur.
O, 2020-ci ildə "Qızıl butts" mükafatına da layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 15 Avqust 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















