Rusiyadan deportasiya edilən əcnəbilərin sayı 50 faiz artıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin ilk doqquz ayında Rusiyadan deportasiya edilən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) direktoru Dmitri Aristov TASS-a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında 63 min 500 xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs Rusiyadan məcburi şəkildə deportasiya edilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Qeyd edək ki, daha əvvəl 2026-cı ilin ilk yarısında Rusiyanın paytaxtı Moskvadan 16 min əcnəbinin ölkəyə giriş və ya yaşayış qaydalarını pozduğuna görə deportasiya edildiyi bildirilmişdi.
TASS-ın məlumatına əsasən, 2025-ci il ərzində Rusiyadan təxminən 64 min, 2024-cü ildə 87 min, 2023-cü ildə isə 44 min əcnəbi deportasiya olunub.
Bundan başqa, 2017-2023-cü illər ərzində miqrasiya və ya əmək qanunvericiliyini pozduqlarına görə təxminən 200 min xarici ölkə vətəndaşı Rusiyadan deportasiya edilib.
Bu mövzuda digər xəbərlər:Rusiyadan deportasiya olunan əcnəbilərin sayı əhəmiyyətli dərəcədə artıb
27 İyul 2026 22:46
Bu il Rusiyadan çıxarılan əcnəbilərin sayı 37 faiz artıb
26 Noyabr 2024 14:49
Bu il Rusiyadan çıxarılan əcnəbilərin sayı 37 faiz artıb AZƏRTAC
26 Noyabr 2024 14:36
Əcnəbilərin Azərbaycandan deportasiya səbəbləri açıqlandı
29 İyul 2026 12:29
Baxış sayı:163
Bu xəbər 01 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















