Avropa çempionu: Qızıl medalı anama həsr edirəm
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTAC
Qələbəni ailəmə həsr edirəm, əsasən də anama. Onun mənim üzərimdə əməyi çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxt Bratislava şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Məhəmməd Musayev ( 66 kiloqram) deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Daha əvvəl gənclər arasında Avropa çempionu olmuşdum. Amma bu titul bir başqadır. Final görüşü gərgin keçdi. Yalnız qələbə düşünürdüm. Qarşıda bizi Peruda təşkil olunacaq dünya çempionatı gözləyir. Orada da uğur əldə etmək istəyirəm".
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Qızıl medalı unudub, növbəti çempionluğa hazırlaşacam Avropa çempionu ilə MÜSAHİBƏ
12 Mart 2025 10:59
Qələbəmi şəhidlərimizə həsr edirəm Avropa çempionu
27 İyun 2025 21:45
Avropa çempionu: Bu qələbəmi atama həsr edirəm FOTO
16 Mart 2025 17:49
Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm
27 İyun 2025 21:57
Vasif Bağırov Avropa çempionu olub, daha bir qızıl şansı YENİLƏNİR
05 İyul 2025 20:29

