ABŞ də istehlakçı inamı son 4 ayda ilk dəfə artıb, mənzil satışları isə azalıb
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də istehlakçı inamı son 4 ayda ilk dəfə artıb, mənzil satışları isə azalıb.
Banco.az xəbər verir ki, ABŞ-də əmək bazarı və iş şəraiti ilə bağlı qiymətləndirmələrin yaxşılaşması nəticəsində istehlakçı inamı oktyabr ayında dörd aylıq fasilədən sonra ilk dəfə gözlənilmədən yüksəlib.
Çərşənbə axşamı açıqlanan məlumatlara görə, “The Conference Board”un istehlakçı inamı indeksi 7,5 bənd artaraq iyun ayından bəri ən yüksək səviyyəyə — 91,7-yə çatıb. “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda median proqnoz 81 olub.
Qarşıdakı altı aya dair gözləntiləri ölçən göstərici oktyabr ayında təxminən 7 bənd artaraq 72,6-ya yüksəlib. Mövcud şəraiti qiymətləndirən göstərici də son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Oktyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















