Icma.az
close
up
RU
Avropa hərbi xərclərini 4 dəfə artıra bilər SƏBƏB

Avropa hərbi xərclərini 4 dəfə artıra bilər SƏBƏB

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Hərbi xərclərin artırılması ilə bağlı ABŞ-nin təzyiqi ilə üzləşən Avropa İttifaqı ölkələri bu növ xərcləri bir neçə dəfə artıra bilər. 


Sfera.az Beynəlxalq kredit reytinqi agentliyi “S&P Global”ın hesabatına istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə hazırda Avropada hərbi xərclər iki dəfə artıb. 2014-cü ildə 120 milyard dollar səviyyəsində olan xərclər indi 242 milyard dollardır. 


Hərbi xərclərin iki dəfə artırılmasına baxmayaraq, Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Avropa xarici təhdidlər qarşısında zəif vəziyyətdədir. Boşluğu ABŞ-nin hərbi xərcləri qapasa da, rəsmi Vaşinqton öz hərbi xərclərini davamlı artıraraq Avropaya kömək etmək istəmir. Amerika hesab edir ki, Avropa ABŞ kimi ÜDM-in ən azı 3 faizini hərbi xərclərə yönəltməli və daha böyük ordu saxlamalıdır. 


Agentliyin şərhinə görə avropalılar da müdafiə qabiliyyətinin artırılmasının vacib olduğunu anlayırlar. Amma hərbi xərclərin kəskin artırılması Avropada borc yükünün artmasına, eləcə də sosial yönümlü xərclərin azaldılmasına səbəb olacaq. 

2024-cü ildə Avropa İttifaqının ÜDM istehsalının həcmi 19 trilyon dollar olub. Proqnoza görə, 2025-ci ildə ÜDM-in həcmi 20,3 trilyon dollar təşkil edəcək. 
Avropa İttifaqının ÜDM-in 3 faizini hərbiyə xərcləməsi o deməkdir ki, burada müdafiə xərcləri 610 milyard dollara çatacaq. 


Lakin hərbi xərclərin daha da artırılması ehtimalı var. Tramp bir müddət öncə verdiyi açıqlamasında müharibə şəraitini nəzərə alaraq xərclərin ÜDM-in 5 faizinə çatdırılmasının vacib olduğunu deyib. Beş faizlik hədəfə çatmaq üçün hərbi xərclər daha da artırılmalıdır. 


Agentlik proqnozlaşdırır ki, avropalıların hərbi xərcləri 242 milyard dollardan 875 milyard dollara artırmaq imkanı var. Bunun üçün dövlətlərin borc yükü artırılmalı və bəzi sosial yönümlü xərclər ixtisar edilməlidir. 


Hesabatda bir çox Avropa ölkələrinin artıq yüksək dövlət borcu və büdcə kəsiri ilə üzləşdiyi, iqtisadi artımın yavaşlaması, əhalinin artımının dayanması və sosial xərclərin artması fonunda daha çox hərbi xərcləri ödəməyin çətin olacağı bildirilib. Qeyd olunub ki, əgər müdafiə xərcləri 5 faizə çatdırılarsa, 2025-ci ildə büdcə kəsiri Rumıniyada 9,5 faizə, Fransada 8,9 faizə, İtaliyada 7,1 faizə yüksələcək. Bu artımdan sonra ölkələrin kredit reytinqi aşağı düşəcək və həmin ölkələr daha yüksək faizlərlə borclanacaq. 


Hesabatda hərbi xərclərin artırılmasının iqtisadi artımı stimullaşdırmasının gözlənilmədiyi də vurğulanıb. Müdafiə xərclərinin artırılmasının yeganə yolu kimi isə borclanmanın ortaq şəkildə həyata keçirilməsi göstərilir. Hələlik bu təklifi Almaniya başda olmaqla bəzi ölkələr qəbul etmir.


Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri