Icma.az
close
up
RU
Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir

Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Hər il aprel ayının sonuncu həftəsində qeyd olunan Avropa İmmunlaşdırma Həftəsi vaksinasiya sayəsində əldə edilmiş ictimai səhiyyə nailiyyətlərini vurğulamaq və bu sahədə əldə olunan uğurları qeyd etmək üçün mühüm bir fürsətdir.

Bu barədə AZƏRTAC-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Ofisindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, builki kampaniya peyvəndlərin həyatın bütün dövrlərini əhatə edən artan faydalarına diqqət yetirir. Hamiləliyin ilk həftələrindən başlayaraq yaşlılıq dövrünədək vaksinlər bir sıra ciddi xəstəliklərə qarşı həyati əhəmiyyətli qoruma təmin edir, insan sağlamlığının möhkəmlənməsinə və ümumi rifahın yüksəldilməsinə töhfə verir.

ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı bildirib: “Peyvəndlər son 50 il ərzində 150 milyondan çox insanın həyatını xilas edib. Bu, təsadüf deyil, insanların özlərini, uşaqlarını və ailələrini qorumaq üçün verdiyi şüurlu qərarların nəticəsidir. Bu nailiyyət beş onillikdən artıq müddətdə hər gün, hər dəqiqə 6 həyatın qorunması deməkdir. Hər birimizin seçimi mühüm əhəmiyyət daşıyır. Mən bütün nəsillərin nümayəndələrini peyvəndlərdən faydalanmağa və öz sağlamlıqlarını qorumağa çağırıram”.

Peyvəndləmə sayəsində milyonlarla insanın həyatı xilas edilib, bu isə son 50 il ərzində qlobal miqyasda körpə ölümlərinin 40 faiz azalmasına birbaşa töhfə verib. Avropa regionunda yüksək rutin immunlaşdırma əhatəliliyi regionun 53 ölkəsinin poliomielitdən azad statusunu qorumasına və qızılca, məxmərək və hepatit B-nin aradan qaldırılması istiqamətində irəliləməsinə imkan yaradıb. Eyni zamanda, difteriya və tetanus kimi əvvəllər geniş yayılmış xəstəliklərin də səviyyəsi kəskin şəkildə azalıb.

Ölkələr, həmçinin uşaqları pnevmoniya və rotavirus kimi həyati təhlükə yarada bilən xəstəliklərdən qorumaq məqsədilə immunlaşdırma proqramlarını genişləndirib. Regiondakı demək olar ki, bütün ölkələr yeniyetmələr üçün insan papilloma virusuna (HPV) qarşı peyvəndi profilaktik peyvəndlər təqvimlərinə daxil edib ki, bu da uşaqlıq boynu xərçəngi və digər HPV ilə əlaqəli xərçəng növlərinin qarşısını almağa kömək edir.

Bir çox ölkə İmmunlaşdırma Gündəliyi 2030-un həyat boyu vaksinasiyanın təşviqi məqsədinə uyğun olaraq, peyvənd proqramlarını yetkin yaşlı insanları da əhatə edəcək şəkildə daha da genişləndirib. Hamilə qadınlar artıq göyöskürək, qrip, COVID-19 və respirator sinsitial virus (RSV) kimi xəstəliklərə qarşı qoruna bilir ki, bu da həm onların, həm də yeni doğulan körpələrinin sağlam və təhlükəsiz qalmasına kömək edir. Peyvəndlər yaşlı insanları COVID-19, qrip, pnevmoniya və kəmərləyici dəmrov (herpes zoster) kimi xəstəliklərdən qoruyaraq ağır xəstəlik və hospitalizasiya riskini azaldır və daha sağlam yaşlanmaya töhfə verir.

Məlumatda, həmçinin vurğulanıb ki, Milli immunlaşdırma proqramlarının uğuru, insanların ümumi rifahının yaxşılaşdırılması üçün birgə səylərin nə qədər təsirli nəticələr verə biləcəyini nümayiş etdirir. Gələcəyə baxdıqda, daha geniş irəliləyişlərin əldə olunacağı gözlənilir. Hazırlanmaqda olan yeni vaksinlər daha çox xəstəliyin qarşısının alınmasına, İİV infeksiyası, malyariya, poliomielit və vərəm kimi infeksiyalara qarşı müdafiənin gücləndirilməsinə, hələ tam məlum olmayan xəstəliklərin gələcəkdə yayılma riskinin azaldılmasına, eləcə də bəzi qeyri-infeksion xəstəliklərə, o cümlədən müəyyən xərçəng növlərinə qarşı orqanizmin immun cavabını dəstəkləməyə potensial imkanlar yaradır:”İrəliləyişi davam etdirmək, səhiyyə təhlükəsizliyini gücləndirmək, indiki və gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz həyat təmin etmək məqsədilə vaksinasiya ictimai səhiyyənin əsas prioritetlərindən biri olaraq qalmalıdır. Azərbaycan Milli İmmunlaşdırma Proqramını gücləndirməklə, rutin və mövsümi peyvəndlərə bərabər çıxışın təmin edilməsi, vaksinlərə ictimai etimadın möhkəmləndirilməsi və xəstəliklərə keyfiyyətli nəzarət sisteminin inkişaf etdirilməsi yolu ilə Avropa İmmunlaşdırma Gündəliyi 2030-un məqsəd və hədəflərinə nail olmağa sadiq qalır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri