Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı blok daxilində banklar arasında vəsaitlərin hərəkətinə mane olan tənzimləyici məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.
"Report"un məlumatına görə, "Financial Times" bu barədə Avropa Komissiyasının hesabat layihəsinə istinadən xəbər yayıb.
Hesabata görə, Aİ bank sektorunun rəqabət qabiliyyəti ilə bağlı hesabat layihəsində yer alan təkliflər Avropa kredit təşkilatlarının Amerika rəqibləri ilə müqayisədə səmərəliliyini artırmağa yönəlib. Xüsusilə, kredit reytinqi olmayan şirkətlərə ipoteka və kreditlər üçün kapital tələblərinin yumşaldılması ehtimalı nəzərdən keçirilir.
Qeyd olunur ki, sənəddə həmçinin bank əmanətlərinin sığortalanması sistemində islahatların aparılması və investisiya şirkətləri üçün kapital tələblərinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
Avropa Bank Federasiyasının məlumatına görə, mövcud tənzimləyici məhdudiyyətlər kreditləşməni dayandırır və Aİ-nin investisiya boşluğu ildə 1,4 trilyon avro olaraq qiymətləndirilir.
Təşkilat hesab edir ki, mövcud sistem bankları milli törəmə müəssisələrdə artıq kapital və likvidlik saxlamağa məcbur edir.
"The Financial Times" həmçinin qeyd edir ki, yeni təkliflər bank qruplarına xaricdə resursların bölüşdürülməsində daha çox çeviklik təmin edə bilər. Bu, öz növbəsində, milli tənzimləyici tələblərlə bağlı məhdudiyyətləri aradan qaldırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 19 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















