Icma.az
close
up
RU
Avropa İttifaqı Ermənistan razılaşmaları və postmüharibə geosiyasi reallıqlar DEPUTAT DANIŞDI

Avropa İttifaqı Ermənistan razılaşmaları və postmüharibə geosiyasi reallıqlar DEPUTAT DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Avropa İttifaqı ilə Ermənistan arasında formalaşdırılan razılaşmalar bir sıra hallarda Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi düzənə zərbə vurmaq, eyni zamanda müəyyən dairələrin regional maraqlarını irəli aparmaq məqsədi daşıyan strateji xətt kimi qiymətləndirilə bilər”. Bu sözleri SİA- açıqlamasında Millet vekili Zahid oruc bildirib. Onun sözlərinə görə, xüsusilə Qarabağla bağlı məsələlərin bu sənədlərdə yer alması, “ermənilərin qayıdışı” kimi mövzuların gündəmə gətirilməsi regionda formalaşmış reallıqlarla ziddiyyət təşkil edir və 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmanın əsas prinsiplərinə uyğun gəlmir:

“Bayden administrasiyası dövründə bölgədə atılan addımlar faktiki olaraq mövcud geosiyasi balansı dəyişməyə yönəlmişdi. Bu yanaşma, Minsk qrupunun təsirsizləşdirilməsi fonunda Azərbaycanın hərbi-siyasi qələbəsi ilə formalaşan yeni regional arxitekturanı qəbul etməmək cəhdləri kimi də dəyərləndirilə bilər. Həmin dövrdə Qərbin bəzi siyasi mərkəzləri tərəfindən Azərbaycanın maraqlarına zidd olan, özlərinin arzuladığı geosiyasi konstruksiyanı bərpa etməyə yönəlmiş təşəbbüslər müşahidə olunurdu.

Xankəndi üzərində tam suverenliyin təmin edilməsindən sonra ABŞ Prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken və ümumilikdə Amerika siyasi elitasının bir sıra nümayəndələri tərəfindən Azərbaycana ünvanlanan açıq xəbərdarlıqlar bunu bir daha təsdiqlədi. Həmin açıqlamalar göstərirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası onların əvvəlcədən planlaşdırdığı geosiyasi ssenarilərə daxil deyildi. Məhz bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi “Qələbəmiz qlobal layları tərpətdi” fikri beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklərin mahiyyətini dəqiq ifadə edir.

Dövlət başçısının bu fikri hazırkı beynəlxalq təhlükəsizlik sisteminin qeyri-sabit vəziyyətini və Azərbaycanın qazandığı qələbənin qlobal güc balansına təsirini açıq şəkildə ortaya qoyur. Ermənistan isə artıq yaxşı anlayır ki, əvvəlki illərdə olduğu kimi Azərbaycan əleyhinə prosesləri davam etdirmək imkanına malik deyil. Keçmişdə böyük güclərin aləti olduğu dövrdə bundan müəyyən qədər faydalana bilsə də, mövcud geosiyasi reallıqlar İrəvanın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bu şəraitdə Azərbaycan regionda mühüm təsir imkanlarına malik əsas aktora çevrilmişdir. Nə ABŞ-la Bayden dövründə qurulmuş strateji anlaşmalar, nə Avropa İttifaqının milyardlarla ölçülən vədləri, nə də Fransanın açıq himayədarlıq siyasəti Ermənistanı Azərbaycana qarşı effektiv təzyiq alətinə çevirməyə imkan vermir. Qərbin Rusiya ilə münasibətlərinin kəskinləşməsi fonunda Azərbaycana qarşı müəyyən dövrlərdə nümayiş etdirilən müsbət münasibət son qəbul edilən qətnamələr fonunda öz səmimiliyini itirmişdir. Bu sənədlər göstərir ki, bəzi qüvvələr hələ də Azərbaycanın legitim qələbəsini qəbul etməyən, işğal dövrünün davranış modellərini müdafiə edən mövqedə qalırlar.

Məsələ yalnız ayrı-ayrı lobbi qruplarının və fraksiyaların fəaliyyəti ilə məhdudlaşmır; bu yanaşma Strasburq və Brüssel administrasiyalarından qaynaqlanan institusional siyasətin tərkib hissəsidir. Bununla belə, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərin və siyasi mərkəzlərin sayı daha çoxdur. Bu baxımdan Ermənistan və digər tərəflərlə aparılan formal razılaşmalar deyil, məhz Azərbaycanla qurulan münasibətlər həlledici əhəmiyyət daşıyır.

Bu gün Cənubi Qafqazın taleyini Bakı müəyyən edir. Minsk qrupunun faktiki olaraq sıradan çıxması fonunda hər hansı yeni sənədlərin və ya köhnə formatların bərpası ilə bağlı gözləntilər real deyil. Regional prosesləri diktə edən əsas aktor Azərbaycandır və Prezident İlham Əliyev istər regional, istərsə də qlobal siyasətdə aparıcı siyasi fiqur, əsas qərarverici şəxs kimi çıxış edir”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri