Avropa İttifaqı Ukraynadan vergi qanunvericiliyinin sərtləşdirilməsini tələb edə bilər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 19 may, AZƏRTAC
Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq yardım paketinin bir hissəsini vergi islahatları ilə əlaqələndirə bilər.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, burada 8,4 milyard avroluq makromaliyyə yardımından söhbət gedir. Kiyev vəsaiti əldə etmək üçün xaricdən göndərilən bağlamalara tətbiq olunan 20 faizlik əlavə dəyər vergisinin əhatə dairəsini genişləndirən qanun qəbul etməlidir. Bu tələb Beynəlxalq Valyuta Fondunun Ukraynaya ayrılacaq növbəti 700 milyon avroluq tranşı ilə bağlı şərtlərə uyğundur.
Ukrayna ilk tranşı iyunda, ikinci ödənişi sentyabrda, üçüncü hissəni isə ilin sonunadək ala bilər. “Bloomberg” qeyd edir ki, sözügedən vergi dəyişiklikləri Ukrayna cəmiyyətində ciddi narazılıq doğurur. Bu səbəbdən Ali Radanın qanun layihəsini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 19 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















