Neftçilər 5 gündür dənizdə növbə dəyişə bilmirlər
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azneft İB-nin Nərimanov adına NQÇİ-nin 3-cü mədəninin 70-80 nəfər işçisi artıq 5 gündür ki, növbə dəyişə bilmir.
Gununesi.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, noyabrın 5-dən növbə dəyişdirilməli idi. Lakin işçilərin nə vaxt dəyişdiriləcəyi hələ məlum deyil. İnsanlar dənizdə qalıb. Su, çörək, yemək və siqaretləri qurtarıb. Gəminin nə vaxt gələcəyi barədə dəqiq məlumat da verilmir.
Qəhrəmanlı vəziyyətin çox acınacaqlı olduğunu, mövcud şəraitin həm işə gələ bilməyənlərin, həm də dənizdə olanların psixologiyasına təsir etdiyini vurğulayıb:
“Nə qədər suyun üstündə ağır şəraitdə qalmalıdır neftçi? Təminat yox, işığı da sönüb. Vəssalam, həyat şəraiti qədim daş dövründəki kimi. Maraqlanan yoxdur. Belə iş, belə növbə dəyişmək zülümdür. Qara fəhlə nə qədər əziyyət çəkməlidir? Gəmi yox, şərait yox, həyatımızla oynayırlar. Bir parça çörək qazanmaq istəyirik, imkan vermirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Noyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















