Trampla razılaşma baş tutmadı, Ukrayna hücumları artırdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın oktyabrın sonundan etibarən Rusiyanın neft emalı zavodlarına hücumlarını bərpa etməsi nəticəsində ölkənin neft emalı gücü təxminən 30 faiz azalıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumlarını oktyabrın sonundan etibarən intensivləşdirib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Kiyev və Moskva arasında enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı elan etdiyi razılaşmanın həyata keçirilməməsi olub.
“Son bir həftə ərzində Ukraynanın hücumları Rusiyanın 35 ən böyük neft emalı zavodundan doqquzunun fəaliyyətini pozub və müəssisələrdə fövqəladə vəziyyətlərə səbəb olub. Mənbələrin qiymətləndirməsinə görə, Rusiyada xam neftin gündəlik emalı həcmi 200 min tona qədər azala bilər.
Oktyabrın sonundan etibarən dron hücumlarına məruz qalan Rusiya neft emalı zavodlarının ümumi gündəlik emal gücü təxminən 300 min ton, yaxud 2,2 milyon barrel təşkil edir.
Zərər çəkən müəssisələr arasında Rusiyanın mərkəzi hissəsində yerləşən üç böyük zavod da var. Ölkənin ilkin neft emalı üzrə ümumi gücü gündəlik təxminən 930 min tondur. Mənbələrin bildirdiyinə görə, oktyabrın sonunda Rusiya neft emalı zavodları gündəlik təxminən 700 min ton, yaxud 5 milyon barrel xam neft emal edirdi.
Hücumlara məruz qalan müəssisələr arasında Ryazan, Yaroslavl və Volqaboyu bölgəsindəki neft emalı zavodları yer alır”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















