Icma.az
close
up
RU
“Avropa İttifaqı Ukraynaya maliyyə yardımı etməkdə qərarlıdır“ Fon der Lyayen

“Avropa İttifaqı Ukraynaya maliyyə yardımı etməkdə qərarlıdır“ Fon der Lyayen

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiyanın dondurulmuş aktivləri üzrə kompromis axtarışı..."

Avropa İttifaqı liderləri 2026-2027-ci illər üçün Ukraynanın maliyyələşdirilməsi məsələsində həlledici mərhələyə daxil olub. 

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən sammit öncəsi bildirib ki, Ukrayna üçün etibarlı maliyyə mexanizmi razılaşdırılmadan Avropa Şurası iclası başa çatmayacaq.

Fon der Lyayenin sözlərinə görə, Ukraynanın qarşıdakı iki il üçün ümumi maliyyə ehtiyacı 137 milyard avro təşkil edir və Avropa İttifaqı bunun üçdə ikisini - təxminən 90 milyard avronu üzərinə götürməyə hazırdır. Bunun üçün iki variant masadadır: Aİ büdcəsi hesabına borclanma və ya Rusiyanın dondurulmuş aktivləri əsasında "reparasiya krediti".

Rusiyanın dondurulmuş aktivləri ətrafında parçalanma

Nəşr yazır ki, Aİ ölkələrinin əksəriyyəti Rusiyanın Avropada dondurulmuş 210 milyard avroluq Mərkəzi Bank aktivlərindən istifadəni "yeganə real variant" hesab edir. Bu mexanizm Ukraynaya iri həcmdə maliyyə dəstəyi göstərməyə, eyni zamanda üzv ölkələrin dövlət borcunu artırmamağa imkan verir.

Lakin əsas problem Belçikanın mövqeyidir. Aktivlərin böyük hissəsi bu ölkədə saxlanıldığı üçün Brüssel mümkün məhkəmə iddiaları riskindən ehtiyat edir və qeyri-müəyyən müddətli maliyyə zəmanətlərinə qarşı çıxır. Şimal və Şərqi Avropa ölkələri isə alternativ olmadığını bildirir, İtaliya və bəzi digər dövlətlər Aİ-nin birgə borclanma modelini müdafiə edir.

Diplomatların fikrincə, kompromis tapılacaq və qərar gec də olsa qəbul ediləcək, çünki Ukraynanın maliyyəsiz qalması Avropanın öz təhlükəsizliyinə birbaşa zərbə kimi qiymətləndirilir.

"Qərar bu gün verilməlidir"

Avropa Parlamentinin sədri Roberta Metsola da mövqeyini sərt şəkildə ifadə edib. O, bildirib ki, əgər liderlər "reparasiya krediti" ilə bağlı razılığa gəlsələr, Avropa Parlamenti yanvarda təcili prosedurla qərarı təsdiqləməyə hazırdır. Metsolanın sözlərinə görə, məqsəd müharibəni uzatmaq deyil, onu bitirməkdir və bunun üçün Ukraynaya güclü, davamlı maliyyə və təhlükəsizlik zəmanətləri lazımdır.

Avropa Komissiyası isə açıq mesaj verir: Ukrayna üçün maliyyə qərarı bu sammitdə qəbul olunmalıdır. Əks halda, 2026-cı ilin yazından etibarən Kiyevin sosial xərcləri belə qarşılamaq imkanları tükənə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri