Qazaxıstanın buğda ixracı artıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın buğda ixracı da artıb.
Newscenter.az ölkənin Milli Statistika Bürosuna istinadən bildirir ki, 2026-cı ilin yanvar-sentyabr ayları arasında bu göstərici 6,1 milyon tona çatıb. Bu da ötən ilin eyni dövrü ilə (5,3 milyon ton) müqayisədə 15% çoxdur.
Özbəkistan, Tacikistan və Əfqanıstan Qazaxıstan buğdasının əsas alıcıları olaraq qalır. Özbəkistana göndərilən buğda 49% artaraq 3,8 milyon tona, Tacikistana göndərilən buğda isə 13,6% artaraq 1 milyon tona çatıb. Eyni zamanda Əfqanıstana ixrac 3,4 dəfə artaraq 663 min ton təşkil edib.
Bildirilir ki, buğda ixracının coğrafiyası da genişlənir. Göstərilən müddət ərzində Tunis 23.300 ton, Fransa isə 6.000 ton Qazaxıstan buğdası alıb. İrana göndərilən məhsullarda da əhəmiyyətli artım müşahidə olunub və 67.000 tona çatıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qazaxıstanın taxıl ixracı 14% artıb
22 Sentyabr 2026 10:14
Qazaxıstanın Azərbaycana ixracı idxal göstəricisini üstələyib
29 Yanvar 2026 16:19
Qazaxıstanın taxıl ixracı artıb, Azərbaycana göndəriş 2 dəfə yüksəlib
29 Sentyabr 2025 22:23
Qazaxıstanın Azərbaycana taxıl tədarükü artıb
19 Noyabr 2025 15:05
Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib
19 Mart 2026 15:54
Baxış sayı:91
Bu xəbər 04 Noyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















