Qazaxıstan 2,3 milyon ton taxıl ixrac edib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin sentyabr-oktyabr ayları ərzində Qazaxıstan xaricə 2,262 milyon ton yeni yığılmış taxıl ixrac edib.
Newscenter.az "Kazinform"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 2% çoxdur.
"Qazaxıstan Dəmir Yolu" SC-nin məlumatına görə, ötən ilin eyni dövründə 2,219 milyon ton taxıl ixrac edilib. Həm ənənəvi bazarlarda, həm də digər istiqamətlərdə tədarükdə artım müşahidə olunub.
Ənənəvi ixrac bazarlarına göndərişlər 1,2% artaraq 1,43 milyon tona çatıb. Xüsusilə, Özbəkistana göndərişlər 1,3% artaraq 1,063 milyon tona, Tacikistana isə 19% artaraq 351 min tona çatıb.
Çin və Əfqanıstan bazarlarında da əhəmiyyətli artım müşahidə olunub. Çinə taxıl ixracı 2,6 dəfə artaraq 145.000 tondan 373.000 tona, Əfqanıstana isə 1,9 dəfə artaraq 104.000 tondan 200.000 tona çatıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qazaxıstan 6,3 milyon ton taxıl ixrac edib
06 Dekabr 2024 17:19
Qazaxıstan 11,1 milyon ton taxıl və un ixrac edib
06 May 2026 12:47
Qazaxıstan İtaliyaya 145 min ton taxıl ixrac edib
18 Avqust 2025 23:15
Qazaxıstan 13 milyon ton taxıl ixrac hədəfinə çatmaq üzrədir
12 İyun 2026 01:04
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
11 İyun 2026 15:16
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















