Icma.az
close
up
RU
Avropa kəşfiyyatı Rusiyanın gizli Ukrayna planını əldə edib

Avropa kəşfiyyatı Rusiyanın gizli Ukrayna planını əldə edib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya kəşfiyyatına yaxın beyin mərkəzinin Kreml üçün hazırladığı gizli sənəd üzə çıxıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə bağlı planlarını əks etdirən sənədi rədd edərək deyib ki, "bizim belə tövsiyələrdən xəbərimiz yoxdur".

ABŞ dövlət katibi Marko Rubio, Ukraynanın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdən dərhal sonra qüvvəyə minəcək 30 günlük müvəqqəti atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.

Rubio təklifi Rusiya tərəfinə götürəcəklərini vurğulayıb: "Ümid edirik ki, onlar bunu qəbul edib sülhə "hə" deyəcəklər. Top indi Rusiyanın meydançasındadır. Prezidentin hər şeydən əvvəl, əsas məqsədi, burada bu müharibəni bitirməkdir. Hesab edirəm ki, Ukrayna rəhbərliyi bu gün bu istiqamətdə konkret addım atıb. Ümid edirik ki, ruslar eyni şəkildə cavab verəcəklər", - deyə qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya "30 günlük dərhal atəşkəs" təklifi ilə bağlı ABŞ-dan məlumat gözlədiklərini bildirib və əlavə edib ki, "tələsmək istəmirik".

Peskov: "İşləri bir az tələsdirirlər. Biz tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildiriblər. Biz hər hansı şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik", - deyə bildirib.

ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinin atəşkəs danışıqları üçün Rusiyaya getdiyini açıqlayıb.

Tramp: "Əgər razılaşma qüvvəyə minərsə, atəşkəs olacaq. İndi hər şey Rusiyadan asılıdır. Ümid edirəm ki, Rusiya tərəfindən də atəşkəsə razılıq əldə edə bilərik. Əgər buna nail ola bilsək, burada sülhə gedən yolun 80 faizini tamamlamış olarıq. Rusiyadan müsbət mesajlar aldım, amma müsbət mesajların heç bir mənası yoxdur. Əgər atəşkəsi qəbul etməsələr, bu, çox ciddi vəziyyətdir. Bu müharibə III Dünya Müharibəsinə səbəb ola biləcək müharibədir. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm", - deyib.

ABŞ-ın “The Washington Post” (WP) qəzeti Rusiya kəşfiyyatına (FSB) yaxın beyin mərkəzinin fevral ayında yazdığı və Rusiyanın Ukrayna məsələsində planını ehtiva edən sənədi dərc edib.

Kreml üçün hazırlanan və Avropa kəşfiyyatının əldə etdiyi sənəddə Rusiyanın danışıqlar strategiyasının necə formalaşacağı və tələblərinin nədən ibarət olacağı yer alıb.

Sənəddə həmçinin Rusiyanın Ukraynadakı mövcud hakimiyyətin “tamamilə demontajı” istiqamətində çalışmalı olduğu vurğulanıb və Tramp administrasiyası ilə digər ölkələr arasında gərginlik alovunu alovlandırmaqla ABŞ-ın danışıqlardakı mövqeyinin zəiflədilməsinin vacibliyi vurğulanıb. Trampın 100 gün ərzində sülh razılaşması ilə bağlı planlarını “nail olmaq mümkünsüz” adlandırıb və “Ukrayna böhranının sülh yolu ilə həllinin 2026-cı ildən əvvəl baş tuta bilməyəcəyi” ifadə edilib.

Əldə edilən sənəddə Avropa liderləri tərəfindən təklif olunan Ukraynada sülhməramlı qüvvələrin yaradılması planlarının rədd edilməli olduğu, bu qüvvələrin "ciddi Qərb təsiri" altında olacağı qeyd edilib. Onlar Rusiyanın ələ keçirdiyi Ukrayna əraziləri üzərində suverenliyini tanımaqda israr edirdilər.

Həmçinin qeyd edilir ki, ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirməsinin "tamamilə qəbuledilməz" olduğu vurğulanıb və əlavə edilib ki, Ukraynanın şimal-şərqində Rusiya sərhədi boyunca bufer zonası, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yaxınlığında isə silahsızlaşdırılmış zona yaradılmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov “The Washington Post”da dərc olunan sənədi rədd edərək: “Bizim belə tövsiyələrdən xəbərimiz yoxdur”, - deyib.

“The Washington Post”a danışan Peskov bildirib ki, Rusiya Ukrayna böhranının sülh yolu ilə həlli üçün yaxşı düşünülmüş variantlar üzərində işləyir. Peskov həmçinin sənədi “son dərəcə ziddiyyətli” adlandırıb.

“Associated Press” agentliyinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukraynanın ATACMS taktiki raket anbarı tükənib. ABŞ rəsmiləri etiraf ediblər ki, Kiyevdə ABŞ tərəfindən təchiz edilmiş uzaqmənzilli ATACMS raketləri yoxdur.

ABŞ rəsmisi Ukraynanın ABŞ-dan 40-a yaxın raket aldığını və onların yanvarın sonuna qədər tükəndiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri