Təyyarəsi 20 saatdan çox havada qaldı
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Böyük iyirmiliy”in (G20) sammitində iştirak edəcək Rusiya nümayəndə heyətini ABŞ-yə aparan təyyarə 20 saatdan çox uçuş həyata keçirməli olub.
Bakıvaxtı.az-a TASS-a istinadən xəbər verir ki, “düşmən” ölkələrin hava məkanından yan keçməli olan xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti 20 saat 10 dəqiqəlik səfərdən sonra Atlantaya çatıb.
G20 ölkələrinin xarici işlər nazirlərinin sammiti oktyabrın 30-31-də Atlanta şəhərində keçiriləcək. Bu tədbir dekabrın 14-15-də Mayamidə keçirilməsi planlaşdırılan G20 liderlərinin sammitindən əvvəl əsas görüş hesab olunur. ABŞ Prezidenti Donald Tramp liderlərin sammitində Rusiya lideri Vladimir Putini görmək istədiyini bəyan etsə də, Kremldə hələlik bu barədə qərar qəbul edilmədiyi bildirilib.
Qeyd edək ki, Lavrov artıq bir neçə dəfə “düşmən” ölkələrdən yan keçərək ABŞ-yə səfər etməli olub. Belə ki, rusiyalı nazir BMT tədbirlərində iştirak etmək üçün 2 dəfə Nyu-Yorka 12 saatdan çox davam edən uçuşlar həyata keçirib.
Rusiyanın “düşmən” hesab etdiyi dövlətlərin siyahısında 49 ölkə var. Onların əksəriyyəti Avropa İttifaqı dövlətləridir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra tətbiq edilən hava məkanından istifadə məhdudiyyətləri Rusiya təyyarələrinin uçuşlarını çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















