Avropa Komissiyası Rusiyanın aktivləri hesabına Kiyevə daha 25 milyard avro ayırmaq niyyətindədir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Avropa Komissiyası (AK) Rusiyanın şəxsi hesablarda dondurulmuş aktivləri hesabına Ukraynaya daha 25 milyard avro təzminat krediti ayırmaq üçün yollar axtarır. Bununla da Brüssel Avropa Komissiyasının sentyabrda Kiyevə Rusiya vəsaitləri hesabına verməyi vəd etdiyi 140 milyard avro təzminatı artırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yazıb.
AK Rusiya aktivlərini ilin sonunadək ekspropriasiya etməyi planlaşdırır
Avropa İttifaqının (Aİ) paytaxtlara göndərdiyi sərəncamda deyilir ki, təzminat krediti təşəbbüsünün Aİ ərazisində dondurulmuş digər Rusiya aktivlərinə şamil edilib-edilməməsi imkanları nəzərdən keçirilməlidir. Dərhal da qeyd edilib ki, bu prosesin qanuniliyi hələ ətraflı öyrənilməyib və belə bir təhlil olmadan heç bir qərar qəbul edilə bilməz.
Bildirilib ki, AK-nın təklifi Aİ ölkələrinin maliyyə nazirlərinin noyabrda nəzərdə tutulan görüşündə müzakirə ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 17 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















