Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox vəsait ayıracaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Komissiyası Ukraynaya yardım proqramı çərçivəsində Kiyevə 4.1 milyard avro ayırmağa razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
O xatırladıb ki, bundan sonra 2024-cü ildə Ukrayna Mexanizmi çərçivəsində ölkəyə dəstəyin ümumi məbləği 16,1 milyard avro təşkil edəcək.
Ukrayna Mexanizmi Ukrayna üçün 2027-ci ilə qədər nəzərdə tutulmuş yardım proqramıdır. Proqram bu müddət ərzində ölkəyə 50 milyard avronun ayrılmasını nəzərdə tutur.
2024-cü ilin yayında Aİ bu proqram çərçivəsində 4.2 milyard avro məbləğində ilk ödənişi razılaşdırıb. Qeyd olunub ki, vəsait mərhələli şəkildə buraxılacaq. İslahat öhdəliklərinin yerinə yetirilməsi xüsusi komissiya tərəfindən yoxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Noyabr 2024 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















