Faktorinq, lizinq və lombard şirkəti 14 faizlə 5 milyon manat borc alır ŞƏRTLƏR
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Faktorinq, lizinq və lombard xidmətləri göstərən "Fеrrum Kapital" QSC istiqraz buraxılışı yolu ilə 5 milyon manat borclanmağa hazırlaşır.
Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd təmin edilməmiş istiqraz buraxıb.
İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 14%-dir və faiz ödənişləri 3 aydan bir həyata keçiriləcəkdir. Tədavül müddəti 12 ay təşkil edir.
İstiqrazlar kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə Bakı Fond Birjasının (BFB) ticarət platformasında birja üzvü tərəfindən sifarişlərin birjanın sisteminə daxil edilməsi yolu ilə alqı-satqı əqdləri bağlanılmaqla ilkin yerləşdiriləcəkdir.
Anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. "Unicapital" emissiya üzrə qiymətli kağızların 4 milyon manat həcmində hissəsini öhdəlik götürməklə, 1 milyon manat həcmində hissəsini isə öhdəlik götürmədən yerləşdirəcəkdir.
"Fеrrum Kapital" QSC-nin nizamnamə kapitalının 68%-i Demirçi Qafar Aydın oğluna, 23%-i Həbib Zadəh Məhəmməd Rezaya, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə və 4,5%-i “Vesta Investment” QSC-yə məxsusdur.
2025-ci ilin sonunda "Fеrrum Kapital"ın götürülmüş kreditlər və buraxılmış istiqrazlar üzrə cəmi 66 milyon 184 min manat borcu olub. 2024-cü ildə şirkətin kredit portfeli 50,6 milyon manat olub. "Fеrrum Kapital" 2025-ci ilin 3 rübü ərzində 2 milyon 459 min manat mənfəət əldə edilib, 1 milyon 377 min manat isə ümidsiz borc kimi zərər tanınaraq bölüşdürülməmiş mənfəətdən azaldılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















