Icma.az
close
up
RU
Karayılan yeni təxribatın fitilini yandırıb

Karayılan yeni təxribatın fitilini yandırıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya PKK-sının legitim Dəməşq hakimiyyətinə bağlı qüvvələr qarşısında döyüş meydanında darmadağın edildiyi əməliyyatdan sonra Kandil yeni təxribatın fitili yandırılıb. 

"Cebheinfo.az” xəbər verir ki, Suriya PKK-sının aldığı zərbədən sonra Ankaranı  şantaj etməyə çalışan terror təşkilatının başçılarından Murat Karayılan əməliyyatın Türkiyə tərəfindən idarə olunduğunu iddia edərək “Terrorsuz Türkiyə” prosesini hədəf alıb. 

Legitim hakimiyyətlə DSG/YPG arasında əldə olunan inteqrasiya razılaşmasının həyata keçirilməsinə mane olmağa çalışan, qarşıdurmaların başladığı ilk gündə terrorçulara “ölənədək döyüşün” çağırışı edən Kandil rəhbərliyinin  ağır məğlubiyyətdən sonra terrorçulara  “tunellərdə gizlənin” göstərişi də nəticəsiz qalıb.  

Suriyadakı neft və təbii qaz gəlirlərindən məhrum edilən PKK/HPG terror təşkilatının başçılarından Murat Karayılan Türkiyə Respublikasını və dövlət rəsmilərini hədəfə alıb. Bölgədəki qeyri-sabitliyə görə Türkiyəni ittiham edən Karayılan Ankaranın həyata keçirdiyi siyasəti “soyqırım” və “komplо” kimi təqdim edərək açıq-aşkar təxribatçı bəyanatlar səsləndirib. 

Terror təşkilatına məxsus “Sterk TV” kanalında çıxış edən terrorçubaşı Suriyadakı hadisələri Türkiyəyə daşımağa cəhd edib. “Terrorsuz Türkiyə” prosesini sabotaj etməyə çalışan Karayılan Suriyanın şimalındakı vəziyyət aydınlaşmadan kürdlərlə sülhün mümkün olmayacağını” iddia edib. 

Karayılan Türkiyə dövlətinin Suriyada “soyqırım” həyata keçirdiyi barədə əsassız iddialar irəli sürərək, mövcud siyasətdən imtina edilmədiyi təqdirdə hər hansı sülh və ya qardaşlıq prosesinin mümkün olmayacağını iddia edib. 

O çıxışında “Prezident Ərdoğan və Dövlət Baxçalı bilməlidirlər ki, Rojava Kürdüstanının cənazəsi üzərindən kürdlərlə sülh ola bilməz. Rojavada soyqırım törədib sonra Türkiyə dövlətinin kürdlərlə barışmasını gözləmək olmaz. Bu mümkün deyil. Bu siyasətdən əl çəkmək lazımdır”, - deyə bildirib. Karayılanın iddiasına görə, Suriyadakı qarşıdurmalar Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya kimi regional güclərin, eləcə də ABŞ və Avropa ölkələrinin razılığı ilə başladılıb. 

Suriyanın terrorçulardan təmizlənməsi prosesini ərəblər, assurilər və süryanilərin arxasında gizlənərək sabotaj etməyə çalışan Karayılan deyib: 

“Aydındır ki, Türkiyə dövləti və bəzi ərəb ölkələri Suriyada ərəb, kürd, assuri və süryani xalqlarının qardaşlığına əsaslanan bir sistemin formalaşmasını istəmirlər və bu sistemi ortadan qaldırmaq üçün birgə şəkildə hərəkət edirlər”.

 Terror təşkilatının başçısı Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələrinin və peşəkar hərbçilərinin birbaşa döyüş bölgəsində olduğunu, əməliyyatların isə İHA/SİHA-lar vasitəsilə idarə edildiyini iddia edib. 

Ləğv edilmiş HTŞ və terror təşkilatı İŞİD-i Türkiyə ilə əlaqələndirməyə cəhd edən, eyni zamanda Suriya ordusunu “qrup” adlandıran terrorçubaşı bunları bildirib: 

“Plan Türkiyə dövlətinindir. Pərdə arxasında idarə edənlər türk rəsmiləridir. Türkiyə dövlətinin təşkil etdiyi SMO dəstələrinin hamısı və Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələrinə bağlı peşəkar hərbçilər bu müharibənin içindədir. 

İstifadə olunan silahlar, zirehli texnika və digər texniki vasitələrin bir hissəsi Səudiyyə Ərəbistanı tərəfindən verilsə də, əhəmiyyətli hissəsi Türkiyə dövləti tərəfindən təmin edilir”. 

İsraildən yardım dilənən Suriya PKK-sının çarəsizliyini əks etdirən Karayılan bölgədə yeni bir “regional dizayn”ın qurulduğunu və bu planın kürdləri kənarda saxlamağı məqsədi daşıdığını iddia edib. 

Halbuki həm Türkiyədə, həm də Suriyada kürdlər birinci sinif vətəndaş kimi qəbul edilərək, onlardan alınmış bütün hüquqlar geri qaytarılır. Dəməşq hakimiyyəti isə SDG qüvvələrini hətta ölkə idarəçiliyinə dəvət edir. 

Kandildəki terrorçular isə bu prosesdən kənarda qalır. Karayılanın “PKK-sız/terrorçusuz zona” reallığını “kürdlərin təmizlənməsi” kimi qələmə verməsi diqqət çəkir. Karayılan bir tərəfdən bütün kürdləri və siyasi qurumları “milli birlik” adı altında ləğv edilmiş terror təşkilat olan PKK-nın qurucusu Abdullah Öcalan xəttinə çağırarkən, digər tərəfdən PKK-nın Suriya və Rojava ilə heç bir əlaqəsi olmadığı yalanını davam etdirib: 

“Açıq şəkildə bildirirəm ki, PKK-nın Suriya və Rojava ilə heç bir əlaqəsi yoxdur. “Kandildən kimlərsə ora müdaxilə etmək üçün gedib, filan şey baş verib” kimi iddiaların hamısı yalandır.  PKK indi yeni bir dövrə daxil olub, özünü ləğv edib, dönüşüm mərhələsindədir. Hələ də bunlar PKK-dan danışırlar”.

Suriyada PKK-nın olmadığını iddia edən Karayılan geri çəkilən Demokratik Suriya Qüvvələri (DSG) birliklərinin məğlub olmadığını, sadəcə “taktiki” olaraq geri çəkildiyini iddia edib: 

“DSG məğlub olmayıb. DSG-yə qarşı böyük bir hücum var və onlar müqavimət göstərirlər. Şübhəsiz ki, çatışmazlıqları və səhvləri ola bilər, hazırda biz bunu bilmirik. Bizim bildiyimiz odur ki, DSG və Şimali-Şərqi Suriya istiqamətində böyük bir komplo var və ABŞ rəhbərliyindəki koalisiya DSG-ni tək qoyaraq hücumun yolunu açıb. DSG Komandanlığının müxtəlif ərəb bölgələrindən geri çəkilmə qərarı düzgün idi. Əgər qalmaqda israr etsəydilər, vəziyyət indi daha fərqli ola bilərdi”. 

Xatırladaq ki, Karayılan 19 yanvar tarixində verdiyi açıqlamada bildirib: 

“Komandanlarımız və döyüşçülərimiz tunel üsulundan düzgün istifadə etməlidir. Bildiyimizə görə, tunellər var. Bu dövrdə tunel üsulları hər cür hücum və texnologiyaya qarşı cavabdır və döyüşdə ustalıq sayılır”.

Karayılanın bu bəyanat və taktikası terrorçulara heç bir fayda verməyib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri