Avropa liderləri Londonda müdafiə məsələlərini müzakirə edəcək
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa təhlükəsizliyi və Ukrayna məsələlərinin müzakirəsi üçün martın 6-da keçiriləcək xüsusi sammit ərəfəsində Avropa liderləri Londonda toplaşacaq. SİA “Politico”ya istinadla xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk açıqlama verib.
O bildirib ki, bir qrup Avropa lideri martın 2-də Londona gedəcək və orada birgə müdafiə və təhlükəsizlik planlarını müzakirə edəcək.
D.Tuskun sözlərinə görə, Avropa Komissiyası hazırda müdafiə paketi üzərində işləyir və bu paketin detalları martın 6-da keçiriləcək Avropa İttifaqı liderlərinin xüsusi sammitində açıqlanacaq: “Bu görüşdən öncə, bazar günü biz Britaniyadakı dostlarımız və bir qrup liderlə birlikdə Londonda olacağıq və birgə müdafiə planlarımızı müzakirə edəcəyik”,- deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Fevral 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















