Avropa Liqası: “Milan” Yunanıstan səfərində YENİLƏNİR
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, turun bütün 18 qarşılaşması eyni gündə baş tutacaq.
İtaliyanın “Milan” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Digər İtaliya təmsilçisi “Yuventus” isə öz meydanında Kiprin “Omoniya” kollektivi ilə üz-üzə gələcək.
Portuqaliya “Benfika”sı Çexiyada “Viktoriya Plzen”lə qarşılaşacaq. Almaniyanın “Bayer” (Leverkuzen) komandası isə Zaqrebdə yerli “Dinamo” ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Marsel” doğma divarlar arasında Bolqarıstanın “Levski” kollektivini qəbul edəcək. “Lion” Norveç təmsilçisi “Lilleström”lə, İngiltərənin “Kristal Pelas” komandası isə “Real Sosyedad”la üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
21:45. “Olimpiakos” (Yunanıstan) – “Milan” (İtaliya)
21:45. “Viktoriya Plzen” (Çexiya) – “Benfika” (Portuqaliya)
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Bayer” (Leverkuzen, Almaniya)
21:45. “Marsel” (Fransa) – “Levski” (Bolqarıstan)
21:45. “Selta” (İspaniya) – “Bornmut” (İngiltərə)
21:45. “Zalsburq” (Avstriya) – “Ararat-Armeniya” (Ermənistan)
21:45. “Yunion” (Belçika) – “Lex” (Polşa)
21:45. “Beşiktaş” (Türkiyə) – “Hapoel Beer-Şeva” (İsrail)
00:00. “Yuventus” (İtaliya) – “Omoniya” (Kipr)
00:00. “Kristal Pelas” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)
00:00. “Lion” (Fransa) – “Lilleström” (Norveç)
00:00. “Seltik” (Şotlandiya) – “Torreense” (Portuqaliya)
00:00. “Sanderlend” (İngiltərə) – “Yagelloniya” (Polşa)
00:00. “Sparta” (Praqa, Çexiya) – AZ (Niderland)
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Tselye” (Sloveniya)
00:00. “Hoffenhaym” (Almaniya) – “Şturm” (Avstriya)
00:00. NEC (Niderland) – “Renn” (Fransa)
00:00. OFİ (Yunanıstan) – “Anderlext” (Belçika)
Valdas Dambrauskas: “Amma bu, kifayət etmədi” Hans Flik: “Burada inkişaf olduğunu düşünürəm” Çempionlar Liqası: “Sabah” “Barselona” ilə bacarmadı - YENİLƏNİB “Sabah” - “Barselona”: START HEYƏTLƏR Gənclər Liqası: "Sabah" məğlub oldu - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Noyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















