Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin

Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İstanbul Avropanın ən mühüm idman hadisələrindən birinə ev sahibliyi etməyə hazırlaşır. Mayın 20-də UEFA Avropa Liqasının final oyunu çərçivəsində Almaniyanın "Freiburg” və İngiltərənin "Aston Villa” klubları Beşiktaş Park stadionunda qarşılaşacaq. Dünyanın müxtəlif ölkələrindən gələcək futbol azarkeşlərinin iştirakı ilə şəhərdə böyük idman coşğusunun yaşanacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, final oyunu münasibətilə İstanbulun küçələri, meydanları, sahilboyu məkanları və ictimai əraziləri futbol atmosferinə bürünəcək. Lakin İstanbul yalnız böyük matçın keçirildiyi şəhər deyil. Minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, dünya şöhrətli mətbəxi və dinamik şəhər həyatı ilə İstanbul ziyarətçilərə çoxşaxəli təcrübə təqdim edir.

Bosfor sahillərində yerləşən şəhərdə mədəniyyət, qastronomiya və əyləncə harmonik şəkildə bir araya gəlir. Tarixi abidələrdən müasir şəhər məkanlarına qədər uzanan geniş imkanlar İstanbulu Avropanın ən cəlbedici şəhər turizmi istiqamətlərindən birinə çevirir. Bu baxımdan UEFA Avropa Liqasının finalı yalnız futbol qarşılaşması deyil, eyni zamanda şəhərin unikal atmosferini yaxından tanımaq üçün mühüm fürsət hesab olunur.

Oyundan əvvəl və ya sonra bir neçə əlavə gün ayıraraq İstanbulun tarixi yarımadasını kəşf etmək, Bosfor boyunca şəhərin fərqli simasını müşahidə etmək və Türkiyə mətbəxinin seçilən dadlarını sınamaq mümkündür. Final həyəcanı ilə yanaşı, İstanbul ziyarətçilərinə yadda qalan mədəni və turistik təcrübə də vəd edir.

İstanbul futbol azarkeşləri üçün yalnız böyük oyunların izlənildiyi şəhər deyil, eyni zamanda zəngin tarixi və mədəni irsi ilə seçilən xüsusi turizm istiqamətidir. Şəhər həm yüksək futbol atmosferini yaşamaq, həm də dünya əhəmiyyətli tarixi məkanları kəşf etmək istəyənlər üçün ideal seçim hesab olunur.

İstanbulun tarixi kimliyinin mərkəzi sayılan Tarixi Yarımada əsrlər boyu müxtəlif imperiyalara paytaxtlıq etmiş nadir bölgələrdən biridir. Burada yerləşən memarlıq abidələri və monumental tikililər şəhərin çoxqatlı tarixini bu gün də yaşadır. Möhtəşəm Ayasofya, Sultanəhməd Məscidi, Topqapı Sarayı və Yerebatan Sarnıcı İstanbulun həm memarlıq, həm də mədəni baxımdan ən diqqətçəkən simvolları sırasında yer alır. Bu tarixi məkanlar yalnız xarici görünüşü ilə deyil, interyerləri və daşıdıqları tarixlə də ziyarətçilərdə xüsusi təəssürat yaradır.

Tarixi Yarımadada daha fərqli və sakit marşrut axtaranlar üçün Zeyrek Məscidi maraqlı seçimlərdən biridir. Bölgədə yerləşən və bərpa olunaraq yenidən fəaliyyətə başlayan Zeyrek Çinili Hamamı isə ənənəvi türk hamamı mədəniyyətini yaxından hiss etmək imkanı yaradır.

Haliç boyunca uzanan Balat və Fənər məhəllələri də İstanbulun çoxmədəniyyətli ruhunu əks etdirən ən rəngarəng bölgələrdəndir. Tarixi evləri, dar küçələri və fərqli dini-mədəni irsi ilə seçilən bu məhəllələr şəhərin klassik turistik simasından kənar fərqli İstanbul atmosferini təqdim edir.

May ayında İstanbul tamamilə fərqli atmosferə bürünür. Yaz fəslinin şəhərə gətirdiyi mülayim hava, canlanan küçələr və rəngarəng təbiət İstanbulu ilin ən ideal səyahət dövrlərindən birinə çevirir. Bu mövsümdə şəhər həm tarixi zənginliyi, həm təbii gözəllikləri, həm də özünəməxsus gündəlik həyatı ilə ziyarətçilərə unudulmaz təcrübələr təqdim edir.

İstanbul səfəri zamanı Bosfor gəzintisi ən vacib marşrutlardan hesab olunur. Xüsusilə may ayının əlverişli havasında bərə ilə edilən səyahət şəhərin ən təsirli mənzərələrini izləmək üçün ideal imkandır. Bosfor sahillərində sıralanan tarixi yalılar, əsrlik tikililər və şəhərin iki qitəni birləşdirən panoraması İstanbulun fərqli simasını ortaya qoyur.

Şəhərdən qısa müddətdə uzaqlaşaraq daha sakit atmosfer yaşamaq istəyənlər üçün Şahzadə adaları da xüsusi seçimlər arasındadır. Bərə ilə rahat şəkildə çatmaq mümkün olan adalar tarixi taxta villaları, mimoza ağacları və sakit küçələri ilə böyük şəhərin gurultusundan uzaq fərqli mühit təqdim edir.

May ayı eyni zamanda İstanbulun yaşıl məkanlarını kəşf etmək üçün ən uyğun dövrlərdən biridir. Mövsümi çiçəklər və milyonlarla lalə ilə bəzənən parklar şəhərə xüsusi rəng qatır. Xüsusilə Gülhanə parkı uzun gəzintilər və açıq havada istirahət üçün ən çox seçilən məkanlardan biridir. 

İstanbulun simvollarından sayılan küçə pişikləri isə şəhərin gündəlik həyatına özünəməxsus rəng qataraq bu atmosferin ayrılmaz hissəsinə çevrilir.

Final oyununun həyəcanını İstanbulun zəngin alış-veriş imkanları ilə tamamlamaq da şəhərdə yaşanacaq ən xüsusi təcrübələrdən biridir. Matçdan əvvəl və ya sonra İstanbulun tarixi bazarlarını və müasir alış-veriş məkanlarını ziyarət etmək şəhərin fərqli ritmini yaxından hiss etməyə imkan yaradır.

İstanbul səfəri zamanı Kapalıçarşı və Misir Çarşısı mütləq görülməli ünvanlar sırasında yer alır. Dünyanın ən qədim və ən böyük qapalı bazarlarından biri hesab olunan Kapalıçarşı əl işləri, keramika nümunələri, tekstil məhsulları, zinət əşyaları və ənənəvi suvenirlərlə zəngin alış-veriş atmosferi təqdim edir. Tarixi və canlı atmosferi ilə seçilən Misir Çarşısı isə ədviyyatların, otların, şərq şirniyyatlarının və müxtəlif yerli məhsulların rəngarəng görüntüsü və aromatı ilə şəhərin ən koloritli məkanlarından biri hesab olunur.

Daha müasir alış-veriş təcrübəsi axtaranlar üçün Nişantaşı və Taksim kimi bölgələr İstanbulun dinamik şəhər həyatını əks etdirən əsas ünvanlardandır. Bu ərazilərdə beynəlxalq moda brendləri, dizayner butikləri, konsept mağazalar və müasir alış-veriş mərkəzləri yerləşir. İstanbulun ənənəvi və müasir alış-veriş mədəniyyətini bir araya gətirən bu məkanlar şəhər səfərini daha da rəngarəng və yaddaqalan edir.

İstanbulun zəngin qastronomiya mədəniyyəti şəhər səfərinin ən vacib hissələrindən biri hesab olunur və UEFA Avropa Liqasının finalı zamanı bu atmosfer daha da xüsusi xarakter qazanır. Əsrlər boyu fərqli mədəniyyətlərin təsiri ilə formalaşan İstanbul mətbəxi küçə dadlarından yüksək səviyyəli restoran təcrübələrinə qədər geniş seçim imkanları təqdim edir.

Şəhərə gələn futbol azarkeşləri Eminönünün məşhur balıq çörəyindən başlayaraq İstanbulun ənənəvi küçə yeməklərini dada, eyni zamanda şəhərin müxtəlif nöqtələrində yerləşən Michelin ulduzlu restoranlarda fərqli qastronomik təcrübələr yaşaya bilərlər. İstanbul mətbəxini daha yaxından hiss etmək istəyənlər üçün xüsusilə dəniz məhsulları, zəngin məzə çeşidləri və ənənəvi meyxana mədəniyyəti ön plana çıxır. Şəhərin məşhur meyxanalarında təqdim olunan türk rakısı və yerli şərablar isə bu təcrübəni tamamlayan əsas elementlərdəndir.

Final günü isə azarkeşlər üçün şəhərdə xüsusi futbol atmosferi hökm sürəcək. Stadiona yaxın yerləşən İstiqlal küçəsi və Beşiktaş Çarşısı kimi məşhur bölgələr oyun öncəsi və sonrası əsas görüş məkanlarına çevriləcək. Barlar, publar və kafelərlə dolu bu canlı ərazilərdə dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlər bir araya gələrək həm küçə yeməklərinin, həm də final coşğusunun dadını çıxara biləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri