“Xan qızı Xurşid Banu Natəvan” sənədli filmi nümayiş olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Balı, 8 noyabr, AXƏRTAC
Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində tanınmış rəssam-modelyer, dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın “Xan qızı Xurşid Banu Natəvan” adlı sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan ekran əsərinin ideya müəllifi Fəxriyyə Xələfova, ssenari müəllifi isə şairə və dramaturq Fəridə Hicran Vəliyevadır. Filmdə Xan qızı Natəvan obrazını Fəxriyyə Xələfova canlandırıb.
Nümayişdən əvvəl çıxış edən Fəxriyyə Xələfova filmin məxsusi olaraq 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində təqdim olunduğunu bildirib.
Filmin ideyası və məzmunu barədə məlumat verən F. Xələfova qeyd edib ki, çəkilişləri Ağdam, Şuşa və Şahbulaq qalasında aparılan filmdə Natəvanın həyat və yaradıcılığı, Qarabağın tarixi-mədəni irsi, eləcə də bölgənin ənənəvi geyim mədəniyyəti əksini tapıb. Ekran əsərində Xan qızının irsi ilə yanaşı, Qarabağın tarixi abidələrinin taleyinə də diqqət yetirilir.
Sonra filmin nümayişi olub. Ekran əsərində Xurşidbanu Natəvanın nəslinin davamçıları ailə arxivlərində qorunan məlumat və xatirələrdən söz açıblar.
Sonda tədbir iştirak edən tanınmış mədəniyyət və incəsənət xadimləri film barədə təəssüratlarını bölüşüblər.
Müxbir-Xatirə Cəfərova
Fotoqraf-Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Noyabr 2026 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















