Icma.az
close
up
RU
Avropa Məhkəməsi Rusiyanı 1,7 milyon avro cərimələdi “Navalnı işi” qanunsuz elan edildi

Avropa Məhkəməsi Rusiyanı 1,7 milyon avro cərimələdi “Navalnı işi” qanunsuz elan edildi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya hakimiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK), Aleksey Navalnıya və onların tərəfdarlarına qarşı həyata keçirdiyi təqibləri qanunsuz və siyasi motivli hesab edib.

“Navalnı komandası. Hüquqşünaslar” Teleqram kanalının məlumatına görə, bu qərar FBK ilə bağlı AİHM-də baxılan ən iri işdir. Məhkəmə 139 ərizəçinin şikayətini təmin edib və hər birinə 5 min avrodan 30 min avroyadək kompensasiya təyin edib. Ümumilikdə Rusiya 1,7 milyon avrodan çox vəsait ödəməyə məhkum edilib.

AİHM qərarında vurğulanır ki, Rusiya hakimiyyəti 2019-cu ildən etibarən leqal siyasi müxalifətə qarşı sistemli siyasi təqiblər aparıb. Bu təqiblərə axtarışlar, bank hesablarının dondurulması, seçkilərdə iştirak qadağaları, eləcə də “xarici agent” və “ekstremist” statuslarının verilməsi daxildir.

Xatırladaq ki, 2019-cu ildə Rusiya İstintaq Komitəsi FBK-ya qarşı “çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açmış, fonda edilən ianələri cinayət kimi qiymətləndirmişdi. Həmin dövrdə FBK əməkdaşlarının, Navalnının qərargahlarının və onların yaxınlarının evlərində genişmiqyaslı axtarışlar aparılmışdı.

2019-cu ilin oktyabrında FBK “xarici agentlər” reyestrinə salınıb, 2021-ci ildə isə Moskva Şəhər Məhkəməsinin qərarı ilə ekstremist təşkilat elan edilərək fəaliyyəti qadağan olunub. 2025-ci ilin noyabrında Rusiya Ali Məhkəməsi FBK-nın ABŞ-də qeydiyyatdan keçmiş hüquqi şəxsi olan Anti-Corruption Foundation-u terrorçu təşkilat kimi tanıyıb.

Qeyd edək ki, Rusiya 2022-ci ildə Avropa Şurasından çıxarıldıqdan sonra AİHM-in qərarlarını icra etmir. Bununla belə, məhkəmə Rusiyanın 2022-ci ilin sentyabrınadək təqdim olunmuş şikayətlər üzrə qərarları icra etməyə borclu olduğunu bildirir.

Rasim
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri