Icma.az
close
up
RU
Fransa məhkəməsi Navalnı ailəsinə qarşı qərar qəbul edib

Fransa məhkəməsi Navalnı ailəsinə qarşı qərar qəbul edib

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Yuliya və Aleksey Navalnı
Fransa məhkəməsi Navalnı ailəsinin iddiasını rədd edib.
Reyting.az
xəbər verir ki, bu barədə "Novaya qazeta" yazıb.
Məlumata görə, Yuliya və Oleq Navalnının "Yves Rocher" şirkətini onlara böhtan atmaqda və donosbazlıqda ittiham etdikləri iddia Fransa Ali Məhkəməsi tərəfindən rədd edilib.
Yuliya və Oleq Navalnı "Yves Rocher" şirkətini böhtan atmaqda ittiham etsələr də, Fransa Kassasiya Məhkəməsi əsaslı arqumentlərin olmaması səbəbindən iddianı qəbul etməyib.
Navalnıların indi son variantı var: Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət vermək. Lakin bunun üçün bəzi instansiyalardan keçmək lazımdır. Çünki beynəlxalq qanun AİHM-ə bununla bağlı Fransa məhkəməsindən şikayət etmək və qərar qəbul etmək üçün dörd ay müddət nəzərdə tutur.
Xatırladaq ki, "Yves Rocher Vostok" və yaxud da "Yves Rocher"-in Rusiya üzrə bölməsinin o vaxt direktoru olmuş Bruno Lepru 2012-ci ilin dekabrında Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Bastrıkinə şikayət etmiş və onun şikayəti müxalif siyasətçi Aleksey Navalnı və onun qardaşı Oleqin cinayət təqibinə səbəb olmuşdu. Nəticədə Aleksey və Oleq Navalnılar dələduzluqda ittiham edilmişdilər.
"Nəvalnı qardaşlarının əsassız şəkildə bu cür ittiham olunub cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb Oleq Navalnının üç il yarım həbsdə qalmasına səbəb olub və daha sonra Aleksey Navalnı 2021-ci il yanvar ayının 17-də Rusiyaya qayıdanda eyni ittihamlarla həbs edilib", - deyə nəşr yazır. Beləliklə, məlum olduğu kimi, Rusiya müxalifətinin lideri olmuş Aleksey Navalnı müəmmalı ölümünə qədər məhz həmin ittihamlar əsasında, Fransanın bu şirkətinin "xidməti sayəsində" cəzaçəkmə müəssisəsində saxlanılıb.
Aleksey Navalnının ölümündən sonra isə həyat yoldaşı Yuliya Navalnı bu iddianın davamçısı olub. Lakin 2017-ci ildə AİHM hökmü əsassız, siyasi motivli hesab edib.
Aleksey və Oleq Navalnı 2019-cu ildə Fransa məhkəməsində "Yves Rocher" şirkətinə qarşı iddia qaldırmış və şirkətin Rusiya filialını böhtan atmaqda, eləcə də onlara qarşı cinayət işinin qurulmasında şərik olmaqda ittiham etmişdilər. 2021-ci ildə iddia birinci instansiyada keçməyib. 2023-cü ilin mayında isə Fransanın Renn şəhərinin Apellyasiya Məhkəməsi növbəti dəfə Navalnının şikayətini rədd edib. Bu hadisədən sonra isə Fransanın Kassasiya Məhkəməsinə şirkətin rəhbəri İv Roşeyə qarşı işin başlanmasının rədd edilməsi qərarından apellyasiya şikayəti verilib.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri