Icma.az
close
up
RU
Avropa ölkələri 200 milyard avroluq Rusiya aktivlərinin müsadirəsini razılaşdırır FT

Avropa ölkələri 200 milyard avroluq Rusiya aktivlərinin müsadirəsini razılaşdırır FT

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Avropanın ən böyük dövlətləri, Ukraynada atəşkəs razılaşması ilə bağlı planlar hazırlayaraq, dondurulmuş Rusiya aktivlərinin 200 milyard avrodan çox məbləğdə müsadirə olunması səylərini dəstəkləyir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən yazır.  

Uzun müddətdir Avropa İttifaqında yerləşən aktivlərin tam müsadirəsinə qarşı çıxan Fransa və Almaniya hazırda Böyük Britaniya və digər ölkələrlə onların istifadəsi yollarını müzakirə edir.  

Danışıqların gedişatı barədə məlumatlı olan üç mənbənin sözlərinə görə, Fransa rəsmiləri Avropa ölkələrinin bu aktivləri müsadirə etməsi təklifini müzakirə ediblər. Bununla belə, bu addım yalnız Moskva gələcəkdə Ukraynada atəşkəs razılaşmasını pozacağı halda nəzərdən keçirilir. Bu plan, Kiyevə təhlükəsizlik zəmanətləri vermək səylərinin bir hissəsidir.  

Bu ideyanın tərəfdarları dondurulmuş aktivlərin Rusiya üçün mümkün razılaşmaya riayət etmə şərtilə əlaqələndirilməsini Moskva üzərində təzyiq və Ukrayna üçün zəmanət mexanizmi kimi görürlər.  

Moskvanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra G7 müttəfiqləri Rusiya Mərkəzi Bankının 300 milyard avro dəyərində aktivlərini dondurub. Onların əksəriyyəti – təxminən 190 milyard avro – Belçikanın Euroclear mərkəzi qiymətli kağızlar depozitində saxlanılır, daha kiçik məbləğlər isə Fransa, Böyük Britaniya, Yaponiya, İsveçrə və ABŞ-da yerləşir.  

Hazırda bu aktivlərdən əldə olunan gəlir – əsasən nağd pul və dövlət istiqrazları – G7 ölkələrinin Ukraynaya verdiyi 50 milyard dollarlıq kreditlərin ödənişi üçün istifadə edilir, lakin əsas aktivlərə toxunulmur.  

Ukrayna, Polşa və Baltikyanı ölkələr bu aktivlərin müsadirəsinə uzun müddətdir çağırış etsə də, Berlin, Paris və Brüssel kimi əsas Avropa paytaxtları buna beynəlxalq hüquqda presedent yaradacağı qorxusuna görə qarşı çıxıb.  

Bundan əlavə, Avropa Mərkəzi Bankı da narahatdır ki, aktivlərin müsadirəsi avronun beynəlxalq ehtiyat valyutası kimi təhlükəsizliyinə zərbə vura bilər, çünki aktivlərin böyük hissəsi məhz avro ilə ifadə olunub.  

Ötən həftə ABŞ prezidenti Donald Trampla keçirdiyi görüş zamanı Fransa prezidenti Emmanuel Makron bildirib ki, aktivlərin dərhal müsadirəsi "beynəlxalq hüquqa hörmət” sayılmayacaq, lakin bu vəsaitlər müharibənin dayandırılması ilə bağlı danışıqların bir hissəsi ola bilər.  

Almaniyanın gələcək kansleri Fridrix Merz isə dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması təklifini dəstəkləməyi nəzərdən keçirəcəyini bildirib. Məsələdən xəbərdar olan mənbənin sözlərinə görə, çərşənbə günü Merz bu məsələni hazırkı kansler Olaf Şolts ilə müzakirə edərək, Avropa İttifaqı liderlərinin cümə axşamı keçiriləcək sammiti ərəfəsində mövqeləri uzlaşdırmağa çalışacaq. Şoltsun mətbuat katibi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.  

Böyük Britaniyanın baş naziri ser Kir Starmer bazar ertəsi Londonda bu aktivlərin istifadəsi məsələsinə baxıldığını bildirib.  

"Əlbəttə, gəlirlər və əldə olunan vəsaitlər istifadə olunur”, – deyə Starmer Britaniya parlamentində çıxışı zamanı bildirib. Bu bəyanat onun Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Böyük Britaniyanın Ukraynaya 2,26 milyard funt sterlinq məbləğində kredit verilməsini nəzərdə tutan sazişi imzalamasından sonra səslənib. Kredit Rusiya dövlət aktivlərindən əldə olunan gəlirlərlə təmin ediləcək.  

Starmer əlavə edib: "Baza aktivlərin özünə gəlincə, bu, çox mürəkkəb məsələdir. Lakin düşünürəm ki, daha çox addım atmalıyıq və digər ölkələrlə birlikdə mümkün variantları araşdırırıq”.  

Fransanın təklifini bilən iki mənbənin sözlərinə görə, bu ideya digər Avropa müttəfiqləri tərəfindən müsbət qarşılanıb, lakin onun razılaşdırılması hələ uzaq görünür.  

Müsadirə ideyasının tərəfdarları Tramp administrasiyasının Ukraynaya hərbi dəstəyi azaltmaq təhdidlərindən sonra əlavə arqumentlər qazanıblar.  

Mənbələrdən birinin sözlərinə görə: "Getdikcə daha çox ölkə aktivlərin müsadirəsini Rusiya üzərində təzyiq aləti kimi istifadə etməyə hazırdır”.  

Bundan əvvəl Prezident Vladimir Zelenski təklif edib ki, dondurulmuş Rusiya aktivlərinin bir hissəsi ABŞ-a Ukraynanın mineral ehtiyatlarından pay ayrılması müqabilində yaradılacaq gələcək fondun maliyyələşdirilməsinə yönəldilsin.  

Öncə Reuters agentliyi xəbər verirdi ki, Rusiya Avropada dondurulmuş 300 milyard dollar həcmindəki aktivlərinin Ukraynanın bərpası üçün istifadəsinə razılıq verə bilər. Lakin ruslar bu vəsaitin bir hissəsinin işğal olunmuş ərazilərin bərpasına yönəldilməsində israr edəcəklər.  

"Avropa Həqiqəti” yazır ki, ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair yeni razılaşma layihəsinə əsasən, kommersiya fondu yaradılacaq və bu fonda tam nəzarət ABŞ-a məxsus olacaq, Ukrayna isə ona maliyyə vəsaiti ayıracaq. 

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri