Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Fransa, Britaniya, Almaniya və İran xarici işlər nazirlərinin nüvə probleminin diplomatik yolla həlli ilə bağlı telefon danışığına qoşulub.
Bakıvaxtıa.az xəbər verir ki, bu barədə K.Kallas mətbuat konfransında bildirib.
"İranın nüvə probleminin diplomatik həll yolunun axtarışı üçün pəncərə çox sürətlə bağlanır. İrana qarşı beynəlxalq sanksiyaların bərpasına bir neçə həftə qalıb", - o qeyd edib.
K.Kallasın sözlərinə görə, İran "Avroüçlük" ölkələrinin tələblərinin təmin edilməsi istiqamətində inandırıcı addımlar atmalıdır.
"Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) hərtərəfli əməkdaşlıq və bütün nüvə obyektlərinin yoxlanılmasına icazə verilməsidir", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















