Avropa Parlamenti erməni və islamofob lobbinin təsiri altındadır RƏY
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Avropa Parlamenti daim Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir"
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin maraqları və suveren hüquqları əsas prioritet kimi qəbul olunur. Bu çərçivədə beynəlxalq təşkilatlarla əməkdaşlıq da qarşılıqlı etimad, ədalət və obyektiv yanaşma üzərində qurulmalıdır.
Əks halda, tərəflər arasında anlaşılmazlıqların yaranması və münasibətlərin gərginləşməsi qaçılmaz olur. Son dövrlərdə baş verən proseslər də göstərir ki, bəzi beynəlxalq qurumların mövqeyi bu prinsiplərlə üst-üstə düşmədikdə ciddi narazılıqlar ortaya çıxır.
Bu baxımdan son dövrlərdə yaranmış vəziyyət Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərinə də öz təsirini göstərib.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a Avropa Parlamenti ilə əlaqələrin dayandırılmasının hər şeydən əvvəl Azərbaycanın haqlı etirazı və hüququ olduğunu bildirib:
"Avropa Parlamenti daim Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. O, dəfələrlə qeyri-obyektiv, qeyri-hüquqi, hətta Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan ifadələrlə zəngin bəyanatlar yayır. Dolayısı ilə bu gün Avropa Parlament Assambleyası erməni və islamofob lobbiçilərin əlində alətə çevrilib. O zaman haqlı bir sual yaranır: doğrudanmı bu parlament Avropa Parlamentidir? Bir halda ki, Avropa parlamentarilərinin vətəndaşı olduqları dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını rəsmi şəkildə tanıyırlar. Lakin həmin vətəndaşlar Avropa Parlamentində Azərbaycanın əleyhinə qətnamələr qəbul edərkən bu prinsipləri şübhə altına alırlar".
Parlamentari bildirib ki, bu, Avropa Parlamentinin ikiüzlülüyüdür, qeyri-qanuni və qeyri-hüquqi yanaşmadır:
"Adı korrupsiya, siyasi rüşvətxorluq və cinayətkar lobbi təşkilatları ilə hallanan Avropa Parlamenti ilə əməkdaşlığın ümumiyyətlə Azərbaycana nə dərəcədə lazım olduğu da ciddi sual doğurur. Ona görə də Azərbaycanın mövqeyi haqlıdır və ədalətlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 01 May 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















