Icma.az
close
up
RU
Avropa Parlamenti İvanişvili və “Gürcü Arzu”suna sanksiya TƏLƏB EDİR

Avropa Parlamenti İvanişvili və “Gürcü Arzu”suna sanksiya TƏLƏB EDİR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Parlamentində səsə qoyulacaq qətnamə layihəsində “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, partiyanın baş katibi Kaxa Kaladze və partiyanın sədri İrakli Qaribaşviliyə qarşı sanksiyalar tətbiq edilməsi tələb olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Formula TV məlumat yayıb.

Layihədə Gürcüstanda demokratik geriləmə, media şəraitinin pisləşməsi və siyasi məhbusların vəziyyəti barədə də danışılıb.

Bildirilib ki, Batumelebi və Netgazeti saytlarının təsisçisi Mziya Amaglobeli siyasi məhbuslar arasında göstərilib.

Müəlliflər, həmçinin Gürcüstan hakimiyyətinin müstəqil mediaya təzyiq göstərməsindən və hökumətə yaxın olan media sahiblərinə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyindən də danışıblar.

Avropa Parlamenti, Aİ və üzv dövlətləri, Gürcüstanda demokratiya, seçki saxtalaşdırılması və insan hüquqları pozuntularına görə baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze və İrakli Qaribaşvili də daxil olmaqla, bir sıra rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Həmçinin, siyasi təqiblər aparan məhkəmə hakimlərinə və dezinformasiya yayan dövlətə məxsus media sahiblərinə də sanksiyalar tətbiq edilməsi təklif olunur.

“Avropa Parlamenti yenidən Şura və üzv dövlətləri ABŞ və Birləşmiş Krallığa qoşulmağa və dərhal Bidzina İvanişvili və onun ailəsinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə, eləcə də onun Gürcüstandakı siyasi prosesi pisləşdirmədəki rolu və Konstitusiyada göstərilən avroatlantik inteqrasiyaya qarşı çıxması səbəbindən bütün aktivlərini Aİ-də dondurmağa çağırır”, — deyə qətnamə layihəsinin mətnində bildirilir.

Avropa Parlamenti, həmçinin Fransanı Bidzina İvanişvilini Şərəf Legionu ordenindən məhrum etməyə və ona qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.

Sənəddə, həmçinin, müxalifətə aid telekanalların jurnalistlərinə peşə vəzifələrini yerinə yetirərkən edilən hücumlara da diqqət çəkilir.

12 yanvar tarixində Gürcüstan hakimiyyətinin nümayəndələri siyasi motivli ittihamlarla jurnalist Mziya Amaglobelini saxlayıb.

Qeyd edək ki, jurnalist o vaxtdan bəri müvəqqəti həbsdədir və Gürcüstandakı bütün siyasi məhbuslarla həmrəyliyini göstərmək üçün aclıq aksiyası keçirir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri